Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Amerikanın yeni seçilən preizdenti Co Baydeni təbrik edib.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Ərdoğan təbrikində seçki nəticəsinin ABŞ xalqı üçün faydalı olacağına ümid etdiyini bildirib:
“Prezident köməkçiliyiniz əsnasında bir neçə dəfə də müzakirə etdiyimiz kimi Türkiyə-ABŞ münasibətləri köklü təmələ söykənərək strateji xarakter daşıyır. ABŞ-la yaxın əlaqələrimiz davam edəcək. Ölkələrimiz arasındakı güclü əməkdaşlıq və müttəfiqlik dünya sülhünə töhfə verəcəyinə inanıram”,- deyə Türkiyə prezidenti qeyd edib.
Bizim.Media