Hava limanı əməkdaşı təyyarənin yük hissəsində bağlı QALDI: "Saatlarla ağlamışam"

Türk Hava Yollarının (THY) İstanbul-Afina reysi ilə uçan təyyarəsinin baqaj bölməsində unudulan yer xidmətləri işçisi Ali Çelikten, 11 min metr yüksəklikdə, -25 dərəcə temperaturda sağ qalmaq üçün mübarizə aparıb.

Bizim.Media xəbər verir ki, təxminən 1 saat havada qalan Çelikten, təyyarənin İzmir Adnan Menderes Hava Limanına təcili eniş etməsindən sonra xilas edilib.

Hadisə 15 dekabr 2024-cü il gecəsi İstanbul Hava Limanında baş verib. THY-nin İstanbul-Atina reysinə hazırlaşan təyyarənin baqaj yükləmə prosesi zamanı yer xidmətləri işçisi Ali Çelikten komanda yoldaşları ilə birlikdə işləyib. Lakin yükləmə tamamlandıqdan sonra heyət baqaj qapılarını bağlayıb və Çelikten təyyarənin yük bölməsində kilidli qalıb.

Mühərriklərin səsi səbəbindən səsi eşidilməyən Çelikten, təyyarə hərəkətə keçəndə donmamaq üçün baqajlar arasında gizlənərək sağ qalmağa çalışıb.

Təyyarə qalxdıqdan qısa müddət sonra, iş yoldaşları Ali Çeliktenin yoxa çıxdığını başa düşüb. Əvvəlcə onun tualetə getdiyini düşünsələr də, uzun müddət geri qayıtmadıqda narahat olub və təhlükəsizlik kameralarına baxıblar. Görüntülərdən məlum olub ki, Çelikten təyyarənin yük bölməsində bağlı qalıb.
 

Vəziyyət dərhal nəzarət qülləsinə bildirilib və pilot məlumatlandırılıb. Təyyarə Egey dənizi üzərindən Yunanıstan hava sahəsinə girdiyi vaxt geri dönmək qərara alınıb.


Təxminən 1 saatlıq uçuşdan sonra təyyarə İzmir Adnan Menderes Hava Limanına yönləndirilib və təcili eniş edib. 

Soyuqdan Çeliktenin hər iki ayağına 3,5 saatlıq tibbi müdaxilə edilib və qismən funksiyasını bərpa edib.

"Bağlı, soyuğa davamlı olmayan və havasız (sözdə içəriyə hava verildiyi iddia edilən) bir yerdə qalmışdım. Orada saatlarla ağlamışam. İndi psixoloji dərmanlar istifadə edirəm. İşsizəm. Xəstəxanadan xəstəxanaya gedirəm. Şikayətlərimi həkimlərə başa salmağa çalışıram" – deyə Ali Çelikten bildirib.

Qəzadan sağ çıxan gənc işçinin beyin sarsıntısı keçirdiyi və aparılan nevroloji müayinələrdə beyin damarlarında daralma olduğu müəyyən edilib. O, hazırda psixoloji dəstək alır. (milli.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ölkəmizə gələn turistlərin yarısı bu 2 ölkə vətəndaşlarıdır

Ölkəmizə gələn turistlərin yarısı bu 2 ölkə vətəndaşlarıdır

İsti duşdan sonra yaranan BU ƏLAMƏT xərçəngin göstəricisi ola bilər

İsti duşdan sonra yaranan BU ƏLAMƏT xərçəngin göstəricisi ola bilər

Azərbaycanda smartfondan ən çox kimlər istifadə edir?

Azərbaycanda smartfondan ən çox kimlər istifadə edir?

UEFA İnfantinonun namizədliyini dəstəkləməyəcək

UEFA İnfantinonun namizədliyini dəstəkləməyəcək

Dostluqda etibarsız hesab edilən BÜRCLƏR

Dostluqda etibarsız hesab edilən BÜRCLƏR

MİQ müsahibəsində hansı suallar verilir? - Namizəd AÇIQLADI

MİQ müsahibəsində hansı suallar verilir? - Namizəd AÇIQLADI

"Diplom xəstəliyindən qurtulmaq lazımdır" — İqtisadçı ən gəlirli peşələri açıqladı

"Diplom xəstəliyindən qurtulmaq lazımdır" — İqtisadçı ən gəlirli peşələri açıqladı

Azərbaycanda tərcüməçi müəmmalı şəkildə dünyasını dəyişdi

Azərbaycanda tərcüməçi müəmmalı şəkildə dünyasını dəyişdi

"Qarabağ" daha bir transferini elan etdi - FOTO

"Qarabağ" daha bir transferini elan etdi - FOTO

Ermənistanda üç nazirliyin adının dəyişdirilməsi təsdiqləndi

Ermənistanda üç nazirliyin adının dəyişdirilməsi təsdiqləndi

Dron hücumundan sağ çıxan dənizçi Bakıda ölü tapıldı - FOTO

Dron hücumundan sağ çıxan dənizçi Bakıda ölü tapıldı - FOTO

600-dən çox balla ali məktəbə qəbul ola bilməyələrin səhvi harada olub? - VİDEO

600-dən çox balla ali məktəbə qəbul ola bilməyələrin səhvi harada olub? - VİDEO

Maksim Qalkinin Bakıda – FOTO

Maksim Qalkinin Bakıda – FOTO

"Qarabağ" Konfrans Liqası ilə vidalaşdı

"Qarabağ" Konfrans Liqası ilə vidalaşdı

"Qarabağ" nigeriyalı hücumçu heyətinə qatdı - FOTO

"Qarabağ" nigeriyalı hücumçu heyətinə qatdı - FOTO

Bakıda EŞQ DRAMI: sevgilisini öldürən kişinin meyiti tapıldı – VİDEO

Bakıda EŞQ DRAMI: sevgilisini öldürən kişinin meyiti tapıldı – VİDEO

Alyaskada kiçik mühərrikli təyyarə dənizə düşdü – Ölənlər var

Alyaskada kiçik mühərrikli təyyarə dənizə düşdü – Ölənlər var

Tramp Rusiyanın NATO ölkələrinə hücum etməyəcəyindən əmindir

Tramp Rusiyanın NATO ölkələrinə hücum etməyəcəyindən əmindir

“Sabah”ın baş məşqçisi yüksək reytinqli şahmatçı imiş – FOTO

“Sabah”ın baş məşqçisi yüksək reytinqli şahmatçı imiş – FOTO

Norveç Kralı V Harald xəstəxanaya yerləşdirildi – Vəziyyəti ağırdır

Norveç Kralı V Harald xəstəxanaya yerləşdirildi – Vəziyyəti ağırdır

Tramp Kanada ilə sərhəddəki Ontario gölünün adını DƏYİŞDİ - VİDEO

Tramp Kanada ilə sərhəddəki Ontario gölünün adını DƏYİŞDİ - VİDEO

Sabah güclü maqnit qasırğası olacaq

Sabah güclü maqnit qasırğası olacaq

Tanınmış polkovnik-leytenant VƏFAT ETDİ

Tanınmış polkovnik-leytenant VƏFAT ETDİ

Bülbüloğlunun arvadı, qızı, oğlu ordaydı: danışdıqları dil...

Bülbüloğlunun arvadı, qızı, oğlu ordaydı: danışdıqları dil...

End of content

No more pages to load

RADİO