Yoxsul ölkələrdə 100 milyon uşaq aclıqdan əziyyət çəkir - DƏHŞƏTLİ STATİSTİKA

BMT-nin Ümumdünya Ərzaq Proqramı (WFP) bütün məktəbyaşlı uşaqların məktəb yeməklərinə çıxışının təmin edilməsi, sağlam və təhsilə hazır olması istiqamətində hökumətlərin səylərini dəstəkləyir.

Bizim.Media BMT-nin saytına istinadən xəbər verir ki, WFP-nin son hesabatında hər gün aşağı və aşağı-orta gəlirli ölkələrdə 100 milyondan çox uşağın aclıq çəkdiyi bildirilir.

“Milyonlarla uşaq məktəbə ac gedir. Aclıq onların konsentrasiyasına və öyrənmə qabiliyyətinə təsir edir. Milyonlarla azyaşlı, xüsusən də qızlar məktəbə getmir, çünki onlar tarlada və ya ev işlərini yerinə yetirməkdə ailələrinə kömək edirlər. Münaqişənin təsirinə məruz qalmış ölkələrdə uşaqların məktəbdən kənar qalması ehtimalı sabit ölkələrdəki yaşıdları ilə müqayisədə iki dəfə, qızlar üçün isə 2,5 dəfə çoxdur.”, -deyə hesabatda bildirilir.

WFP qeyd edir ki, məktəblərdə yemək proqramları bu problemlərin çoxunu həll etməyə kömək edə bilər. Onlar uşaqların təhsilini, sağlamlığını və qidalanmasını yaxşılaşdıran çoxsahəli amillərdir. Daha geniş mənada, onlar mühüm təhlükəsizlik şəbəkəsi təmin etməklə, qida sistemlərini və iqtisadiyyatları gücləndirir, habelə bütün cəmiyyəti dəstəkləyir.
 

Hesabatda vurğulanır: “BMT-nin Ümumdünya Ərzaq Proqramı davamlı milli məktəb yemək proqramları həyata keçirmək məqsədilə 100-dən çox ölkə ilə əməkdaşlıq edir, onların məktəb yeməkləri və sağlamlıq təşəbbüslərini dəstəkləmək üçün hökumətlərlə altı onillikdən çox əməkdaşlıq təcrübəsinə malikdir. Biz daha sonra 50-dən çox hökumətə milli məktəb yeməkləri proqramlarına tam sahiblik etməkdə kömək etmişik.


Məktəbdə yemək proqramı xərclərinin 98 faizə qədəri milli hökumət büdcələri tərəfindən ödənilir”.

WFP bildirir ki, hazırda qlobal miqyasda 418 milyon uşaq məktəb yeməkləri ilə qidalanır. BMT cari ildə dərin böhranla üzləşən ölkələrdə 21 milyon azyaşlıya bu sahədə yardım edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bir məktəblini hazırlamaq neçəyə başa gəlir? - VİDEO

Bir məktəblini hazırlamaq neçəyə başa gəlir? - VİDEO

Ölkəmizə gələn turistlərin yarısı bu 2 ölkə vətəndaşlarıdır

Ölkəmizə gələn turistlərin yarısı bu 2 ölkə vətəndaşlarıdır

İsti duşdan sonra yaranan BU ƏLAMƏT xərçəngin göstəricisi ola bilər

İsti duşdan sonra yaranan BU ƏLAMƏT xərçəngin göstəricisi ola bilər

Azərbaycanda smartfondan ən çox kimlər istifadə edir?

Azərbaycanda smartfondan ən çox kimlər istifadə edir?

UEFA İnfantinonun namizədliyini dəstəkləməyəcək

UEFA İnfantinonun namizədliyini dəstəkləməyəcək

Dostluqda etibarsız hesab edilən BÜRCLƏR

Dostluqda etibarsız hesab edilən BÜRCLƏR

MİQ müsahibəsində hansı suallar verilir? - Namizəd AÇIQLADI

MİQ müsahibəsində hansı suallar verilir? - Namizəd AÇIQLADI

"Diplom xəstəliyindən qurtulmaq lazımdır" — İqtisadçı ən gəlirli peşələri açıqladı

"Diplom xəstəliyindən qurtulmaq lazımdır" — İqtisadçı ən gəlirli peşələri açıqladı

Azərbaycanda tərcüməçi müəmmalı şəkildə dünyasını dəyişdi

Azərbaycanda tərcüməçi müəmmalı şəkildə dünyasını dəyişdi

"Qarabağ" daha bir transferini elan etdi - FOTO

"Qarabağ" daha bir transferini elan etdi - FOTO

Ermənistanda üç nazirliyin adının dəyişdirilməsi təsdiqləndi

Ermənistanda üç nazirliyin adının dəyişdirilməsi təsdiqləndi

Dron hücumundan sağ çıxan dənizçi Bakıda ölü tapıldı - FOTO

Dron hücumundan sağ çıxan dənizçi Bakıda ölü tapıldı - FOTO

600-dən çox balla ali məktəbə qəbul ola bilməyələrin səhvi harada olub? - VİDEO

600-dən çox balla ali məktəbə qəbul ola bilməyələrin səhvi harada olub? - VİDEO

Maksim Qalkinin Bakıda – FOTO

Maksim Qalkinin Bakıda – FOTO

"Qarabağ" Konfrans Liqası ilə vidalaşdı

"Qarabağ" Konfrans Liqası ilə vidalaşdı

"Qarabağ" nigeriyalı hücumçu heyətinə qatdı - FOTO

"Qarabağ" nigeriyalı hücumçu heyətinə qatdı - FOTO

Bakıda EŞQ DRAMI: sevgilisini öldürən kişinin meyiti tapıldı – VİDEO

Bakıda EŞQ DRAMI: sevgilisini öldürən kişinin meyiti tapıldı – VİDEO

Alyaskada kiçik mühərrikli təyyarə dənizə düşdü – Ölənlər var

Alyaskada kiçik mühərrikli təyyarə dənizə düşdü – Ölənlər var

Tramp Rusiyanın NATO ölkələrinə hücum etməyəcəyindən əmindir

Tramp Rusiyanın NATO ölkələrinə hücum etməyəcəyindən əmindir

“Sabah”ın baş məşqçisi yüksək reytinqli şahmatçı imiş – FOTO

“Sabah”ın baş məşqçisi yüksək reytinqli şahmatçı imiş – FOTO

Norveç Kralı V Harald xəstəxanaya yerləşdirildi – Vəziyyəti ağırdır

Norveç Kralı V Harald xəstəxanaya yerləşdirildi – Vəziyyəti ağırdır

Tramp Kanada ilə sərhəddəki Ontario gölünün adını DƏYİŞDİ - VİDEO

Tramp Kanada ilə sərhəddəki Ontario gölünün adını DƏYİŞDİ - VİDEO

Sabah güclü maqnit qasırğası olacaq

Sabah güclü maqnit qasırğası olacaq

Tanınmış polkovnik-leytenant VƏFAT ETDİ

Tanınmış polkovnik-leytenant VƏFAT ETDİ

End of content

No more pages to load

RADİO