Müğənni Areta Franklinin dəfn mərasimində çıxış edən Ariana Qrande ABŞ-ın sabiq prezidenti Bill Klintonu valeh edib.
Hadisənin videosunda Klintonun müğənninin səhnədəki hərəkətlərindən son dərəcə zövq aldığı aşkar görünür.
Sosial şəbəkələrdə siyasətçinin belə davranışı kəskin tənqidlərə səbəb olub.
Klintonun bu qəbildən olan hərəkətləri əvvəllər də qalmaqallara gətirib çıxarıb. Sonuncu dəfə sabiq dövlət başçısı 2017-ci ilin yanvarında prezident Donald Trampın andiçmə mərasimindəxa0 onun qızı İvankaya yönəltdiyi ehtiraslı baxışlarla gündəmə gəlmişdi.