Şəmkirdə itkin düşən 14 yaşlı yeniyetmənin meyiti aşkar edilib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Kür qəsəbəsində baş verib.
2012-ci il təvəllüdlü F.Rzayevin meyiti yaşadığı evin arxa hissəsində tapılıb. 14 yaşlı yeniyetmənin ölüm səbəbi hələlik məlum deyil. Onun dünəndən itkin düşdüyü bildirilir.
Faktla bağlı Şəmkir rayon Prokurorluğunda araşdırma başlanılıb.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu