İŞİD terror qruplaşması Misirin Şimali Sinay vilayətinin inzibati mərkəzi Əl-Ariş şəhərində polis postuna hücuma görə məsuliyyəti üzərinə götürüb. Bu barədə "Reuters" məlumat yayıb.
Qeyd edək ki, hadisə şənbə günü baş verib. Hücum zamanı təhlükəsizlik qüvvələrinin 4 əməkdaşı həlak olub, daha bir neçə nəfər yaralanıb. Hücum edən silahlılar təhlükəsizlik qüvvələrinin cavab atəşi ilə öldürülüb. Onların sayı 4 nəfər olub. (Report)