Rusiyanın Ukraynadan sonrakı hədəfi bu ölkələr OLA BİLƏR – ADLAR

Xəbər verdiyimiz kimi, fevralın 12-də ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Valdimir Putinlə telefonla danışıb. Belə ki, liderlər Ukraynadakı münaqişəni müzakirə ediblər və münaqişəyə sülh danışıqları yolu ilə son qoymaq barədə razılığa gəliblər.

Eyni zamanda, həmin danışıq ərəfəsi Pentaqonun yeni sahibi bəyan edib ki, Ukrayna heç də bütün əraziləri geri qaytara bilməyəcək. O, həmçinin Kiyevin NATO-ya üzv olmayacağını da bildirib.

Bu proseslər ABŞ-ın Ukraynanı Rusiyaya sərf edəcək formada sülhə məcbur edəcəyi ilə bağlı ehtimalları daha da artırıb. Digər tərəfdən, görünən odur ki, Ukraynada istədiyinə nail olan Rusiya heç də həmin ölkə ilə kifayətlənməyəcək. Bu isə digər ölkələrin də hədəf alınması ehtimalını gündəmə gətirib.

Görəsən, Ukraynadan sonra, Rusiyanın növbəti hədəfi hansı ölkə ola bilər?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Arzuxan Əlizadə qeyd edib ki, Rusiya özünü keçmiş SSRİ-nin siyasi varisi elan edib:

“Putin də prezident kreslosuna oturandan sonrakı açıqlamalarında SSRİ-nin süqutunu təəssüf hissilə qeyd etməklə, əslində onun bərpa edilməsi niyyətini büruzə verdi. Keçmiş sovet məkanında olan dövlətlərin bu və ya digər formada nəzarətə götürülməsi istiqamətində atılan addımlar da ondan xəbər verirdi ki, Putin keçmiş SSRİ-ni bərpa etməyi özünün əsas siyasi məqsədlərindən biri hesab edir.

Gürcüstan, Ukrayna, Moldova ilə bağlı məsələ, bir vaxtlar Azərbaycanın Qarabağ bölgəsində separatçılara verdikləri dəstək də əslində həmin ölkələri özünün təsir dairəsində saxlamaq niyyətindən xəbər verirdi. Bu niyyət Orta Asiya respublikalarına münasibətdə də hər zaman aşkar şəkildə görünüb.

Artıq Rusiyanın Ukraynaya müdaxiləsinin 3 ili tamam olur.

Kiyevə kənar dəstək olmasaydı, Ukrayna çoxdan tam olaraq Moskvanın təsir dairəsində olacaqdı. Müharibə davam edir və Ukraynaya ən üst səviyyədə dəstək var. ABŞ və demək olar ki, bütün Avropa Kiyevə dəstək verməkdədir. Ukrayna xalqı da qəhrəmancasına mübarizə aparır. Nəzəri cəhətdən Moskva Ukraynanı öz nəzarəti altına ala bilsə, əslində buna imkan verməyəcəklər, Kremlin növbəti hədəfi Moldova olacaq. Onlar Ukrayna ərazisindən Dnestryanı əraziyə çıxıb, oradan da Moldovanı tam olaraq öz təsir dairəsinə götürməyə çalışacaqlar. Gürcüstanla bağlı vəziyyət aydındır, bu ölkənin iki bölgəsi Rusiyanın nəzarətindədir”.

Deputat qeyd edib ki, Orta Asiya respublikaları, Moldova, Gürcüstan, Ermənistan Rusiyanın növbəti hədəfləri ola bilər:

“İstənilən halda ümid edirəm ki, Rusiya Ukraynada istədiyini ala bilməyəcək və proseslər Moskvanın sonrakı niyyətlərinin həyata keçməsinə də imkan verməyəcək”. 

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Şəhid xanımları tələbə adını qazandı – FOTO

Şəhid xanımları tələbə adını qazandı – FOTO

Bu ölkədə minimum pensiyalar dörd dəfədən çox artırılacaq

Bu ölkədə minimum pensiyalar dörd dəfədən çox artırılacaq

Jalə Əhmədova da tələbə oldu

Jalə Əhmədova da tələbə oldu

Atasına verdiyi vədi yaşadan Zəhra BDU tələbəsi oldu

Atasına verdiyi vədi yaşadan Zəhra BDU tələbəsi oldu

Azərbaycanda pensiyaçıların SAYI AÇIQLANDI

Azərbaycanda pensiyaçıların SAYI AÇIQLANDI

Çin bazarı "Toyota"nı vurdu: İstehsal və satış AZALDI

Çin bazarı "Toyota"nı vurdu: İstehsal və satış AZALDI

Meteor yağışı OLACAQ

Meteor yağışı OLACAQ

Bakıda bir neçə memarlıq abidələrində icazəsiz tikinti işlərinin qarşısı alındı

Bakıda bir neçə memarlıq abidələrində icazəsiz tikinti işlərinin qarşısı alındı

Kişi ayrılmaq istəyən sevgilisini öldürdü – Keşlədəki dəhşətli qətlin TƏFƏRRÜATI – VİDEO

Kişi ayrılmaq istəyən sevgilisini öldürdü – Keşlədəki dəhşətli qətlin TƏFƏRRÜATI – VİDEO

Şəkidə FACİƏ: müəllim körpüdən yıxılıb öldü

Şəkidə FACİƏ: müəllim körpüdən yıxılıb öldü

Pomidorları qışa belə hazırlamaq olar: Sirkə əvəzinə alma ilə qədim resept

Pomidorları qışa belə hazırlamaq olar: Sirkə əvəzinə alma ilə qədim resept

Bu tələbələr təhsil kreditindən yararlana biləcək – RƏSMİ

Bu tələbələr təhsil kreditindən yararlana biləcək – RƏSMİ

Qazaxda avtoxuliqanlıq edən sürücü həbs olundu - VİDEO

Qazaxda avtoxuliqanlıq edən sürücü həbs olundu - VİDEO

Dron hücumundan sonra Bakıya gələn dənizçinin meyiti tapıldı

Dron hücumundan sonra Bakıya gələn dənizçinin meyiti tapıldı

“Regionlarda kibertəhlükəsizlik məsələləri” layihəsi çərçivəsində maarifləndirici seminarlar keçirildi – FOTO

“Regionlarda kibertəhlükəsizlik məsələləri” layihəsi çərçivəsində maarifləndirici seminarlar keçirildi – FOTO

Xırdalan-Bakı qatarından istifadə edən sərnişinlərin NƏZƏRİNƏ – FOTO/VİDEO

Xırdalan-Bakı qatarından istifadə edən sərnişinlərin NƏZƏRİNƏ – FOTO/VİDEO

Qarabağda kənd yolları yenidən qurulur – VİDEO

Qarabağda kənd yolları yenidən qurulur – VİDEO

354 mindən çox uşaqda BU XƏSTƏLİKLƏR aşkarlanıb

354 mindən çox uşaqda BU XƏSTƏLİKLƏR aşkarlanıb

Rusiya Zaporojyedə ticarət mərkəzinə zərbə endirdi – VİDEO

Rusiya Zaporojyedə ticarət mərkəzinə zərbə endirdi – VİDEO

İlin son Ay tutulması BAŞA ÇATDI

İlin son Ay tutulması BAŞA ÇATDI

Ramanada kamera quraşdıran 36 yaşlı kişi həyatını itirdi

Ramanada kamera quraşdıran 36 yaşlı kişi həyatını itirdi

Bakıda vəzifəli şəxs vəfat etdi– FOTO

Bakıda vəzifəli şəxs vəfat etdi– FOTO

Sərhədi cəmi 20 saniyəyə keçmək mümkün olacaq - FOTO

Sərhədi cəmi 20 saniyəyə keçmək mümkün olacaq - FOTO

Bakıda zavodda kişini elektrik cərəyanı vuraraq öldürdu

Bakıda zavodda kişini elektrik cərəyanı vuraraq öldürdu

End of content

No more pages to load

RADİO