GUAM katibliyi 8 noyabr 2020-ci il tarixində Şuşa şəhərinin 28 il 6 aylıq işğaldan sonra azad olunması münasibətilə Azərbaycanı təbrik edib.
Bizim.Media xəbər verir ki, bu barədə qurumun “Facebook” səhifəsində məlumat paylaşılıb.
“Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyinin və ərazi bütövlüyünün tam şəkildə və tezliklə bərpa olunmasını arzu edirik”.
Xatırladaq ki, GUAM-a Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova daxildir.
Bizim.Media