Narin Güranın qatillərinin ayrı-ayrı həbsxanada cəza çəkmələri üçün MÜRACİƏT olunub

Türkiyənin Diyarbəkir şəhərində amansızcasına qətlə yetirilən 8 yaşlı Narin Güranın qatillərinin ayrı-ayrı həbsxanaya yerləşdirilməsi üçün müraciət olunub.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Bildirilib ki, "cinayət sübutlarını məhv etmə, gizlətmə və ya dəyişdirmə" maddəsi ilə 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilən Nevzat Bahtiyarın vəkili Ali Eryılmaz Ədliyyə Nazirliyinə müraciət edib. O, Narin hadisəsində ömürlük cəzaya məhkum edilən Narinin anası Yüksel Güran, qardaşı Enes Güran və əmisi Salim Güranın müxtəlif həbsxanalarda cəzalarını çəkməsini xahiş edib.
 

Xatırladaq ki, bir az əvvəl yekunlaşan məhkəmədə Yüksel Güran (Narinin anası), Enes Güran (qardaşı) və Salim Güranı (əmisi) Türkiyə Cəza Məcəlləsinin müvafiq maddələri ilə ayrı-ayrılıqda ağırlaşdırılmış ömürlük həbs cəzasına məhkum ediliblər.


Təqsirləndirilən sonuncu şəxs Nevzat Bahtiyar isə " 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, səkkiz yaşlı Narin Güranın cəsədi onun itkin düşməsindən 19 gün sonra çay yatağında, üstü daş və kol-kosla örtülmüş çuval içində tapılmışdı.

Ekspertiza uşağın ağız-burnunun qapadılması və boynuna təzyiq edilərək sıxılması nəticəsində oksigen çatışmazlığından dünyasını dəyişdiyini müəyyən edib. Diyarbəkir Respublika Baş Prokurorluğuna göndərilən hesabatda Narin Güranın yoxa çıxdığı gün, yəni avqustun 21-də öldüyü bildirilib.

İstintaq nəticəsində cinayətin uşağın anası Yüksel Güran, qardaşı Enes Güran, avtomobilində Narinə aid DNT və tük nümunəsi tapılan əmisi Salim Güran törədildiyi məlum olur. Onlara və cəsədi çay yatağına daşıdığını etiraf edən qonşuları Nevzat Bahtiyara qarşı "mütəşəkkil cinayət törətmək" ittihamı ilə cinayət işi açılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Neftçi" belçikalı futbolçunu heyətinə qatdı

"Neftçi" belçikalı futbolçunu heyətinə qatdı

Ərdoğan və Putin gələn həftə görüşürlər - TARİX

Ərdoğan və Putin gələn həftə görüşürlər - TARİX

Ukrayna müharibənin qışa qədər davam edəcəyini BƏYAN ETDİ

Ukrayna müharibənin qışa qədər davam edəcəyini BƏYAN ETDİ

Bakıda Türkiyənin Zəfər bayramı qeyd edildi - FOTO

Bakıda Türkiyənin Zəfər bayramı qeyd edildi - FOTO

Ukraynanın eks-müdafiə naziri Fyodorova İtaliyada vəzifə verildi

Ukraynanın eks-müdafiə naziri Fyodorova İtaliyada vəzifə verildi

Deputat dəniz kənarında karate ilə məşğul oldu - FOTO

Deputat dəniz kənarında karate ilə məşğul oldu - FOTO

Müctəba Xamenei ilə bağlı yeni xəbər yayıldı

Müctəba Xamenei ilə bağlı yeni xəbər yayıldı

Voleybolçularımız qrupun son oyununda məğlub oldular

Voleybolçularımız qrupun son oyununda məğlub oldular

Hansı halda özbaşına tikintiyə mülkiyyət hüququ verilir? - RƏSMİ AÇIQLAMA

Hansı halda özbaşına tikintiyə mülkiyyət hüququ verilir? - RƏSMİ AÇIQLAMA

Nepal sel fəlakətilə bağlı “Meta” və “TikTok”a çağırış etdi

Nepal sel fəlakətilə bağlı “Meta” və “TikTok”a çağırış etdi

Yavər Abbasova yüksək VƏZİFƏ VERİLDİ

Yavər Abbasova yüksək VƏZİFƏ VERİLDİ

Norveçdə yeni kralın andiçmə tarixi məlum oldu

Norveçdə yeni kralın andiçmə tarixi məlum oldu

Nazirlik Ərdoğanın Qarabağ Universiteti ilə bağlı qərarını ŞƏRH ETDİ

Nazirlik Ərdoğanın Qarabağ Universiteti ilə bağlı qərarını ŞƏRH ETDİ

Brilliant Dadaşova dənizdən görüntülərini paylaşdı – VİDEO

Brilliant Dadaşova dənizdən görüntülərini paylaşdı – VİDEO

Bakı metrosunda HADİSƏ: Qadın qatar yoluna düşdü

Bakı metrosunda HADİSƏ: Qadın qatar yoluna düşdü

Azərbaycan və Belarus XİN-ləri arasında mühüm dialoq: Nələr müzakirə olundu? - FOTO

Azərbaycan və Belarus XİN-ləri arasında mühüm dialoq: Nələr müzakirə olundu? - FOTO

Autizmli uşağını bağçaya qoyub qayıdırdı: Dəhşətli qəzanın DETALLARI

Autizmli uşağını bağçaya qoyub qayıdırdı: Dəhşətli qəzanın DETALLARI

Hesablama Palatası iki dövlət qurumunda yoxlamalar apardı - FOTO

Hesablama Palatası iki dövlət qurumunda yoxlamalar apardı - FOTO

Nepalın yarısı yuyulub: Qiyamət kimi fəlakətin görüntüləri - VİDEO

Nepalın yarısı yuyulub: Qiyamət kimi fəlakətin görüntüləri - VİDEO

Qara dənizdə 11 azərbaycanlının olduğu batan tanker nə daşıyırdı?

Qara dənizdə 11 azərbaycanlının olduğu batan tanker nə daşıyırdı?

Polşa səfiri Azərbaycan XİN-ə çağırıldı: Rəsmi etiraz notası verildi

Polşa səfiri Azərbaycan XİN-ə çağırıldı: Rəsmi etiraz notası verildi

Bakıda bu mağazada saxta içki satılırmış - FOTO

Bakıda bu mağazada saxta içki satılırmış - FOTO

Qusarda təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirildi - FOTO

Qusarda təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirildi - FOTO

Daşkəsənin ucqar dağ kəndlərinə dolu yağdı - VİDEO

Daşkəsənin ucqar dağ kəndlərinə dolu yağdı - VİDEO

End of content

No more pages to load

RADİO