Suriyanın yeni rəhbərliyinə potensial NAMİZƏDLƏR

Bəşər Əsəd rejiminin süqutundan sonra Suriyada yeni rəhbərliyin formalaşdırılması istiqamətində müzakirələr aparılır.

Bizim.Media musavat.com-a istinadən xəbər verir ki, Türkiyənin “Karar” qəzeti, ölkənin gələcək rəhbərliyində yer ala biləcək 10 potensial namizədin siyahısını dərc edib.

Bu siyahıda keçmiş Baş nazir Riyad Hicab və Suriya silahlı müxalifətinin lideri Əhməd əl-Şaraa ( Məhəmməd əl-Qolani (Culani) kimi tanınır) da yer alır.

Potensial namizədlər:

1. Riyad Hicab: 2012-ci ildə Suriya Baş naziri vəzifəsindən istefa edərək müxalifətə qoşulan Hicab beynəlxalq aləmdə tanınmış siyasi fiqurdur.

2. Əhməd əl-Şaraa: Suriya silahlı müxalifətinin liderlərindən biri olan əl-Şaraa münaqişə dövründə müxalifətin əsas simalarından biri kimi tanınır. Onun adı daha çox Əbu Məhəmməd əl-Qolani (Culani) kimi önə çıxıb. Suriyadakı “Heyət Təhrir əş-Şam” (HTŞ) qruplaşmasının lideridir. 1982-ci ildə Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində anadan olub. Ailəsi Suriyanın Qolan bölgəsindən olduğu üçün “Qolani” (Colani) təxəllüsünü istifadə edir.
 

1989-cu ildə, yeddi yaşında ikən ailəsi ilə birlikdə Suriyaya qayıdan Qolani, gəncliyini Dəməşqin Mezze məhəlləsində keçirmişdir. Dəməşq Universitetinin Media fakültəsində təhsil alsa da, təhsilini yarımçıq qoyaraq 2000-ci illərin əvvəllərində İraqda ABŞ qüvvələrinə qarşı mübarizəyə qatılmışdır.


Mosulda ABŞ qüvvələrinə qarşı döyüşdükdən sonra Əbu Musab əl-Zərqavinin rəhbərlik etdiyi İraqdakı Əl-Qaidəyə qoşulmuşdur. 2006-cı ildə ABŞ qüvvələri tərəfindən həbs edilərək Əbu Qreyb, Taci və Bukka həbsxanalarında beş il saxlanılmışdır. 2011-ci ilin martında azad edildikdən sonra Suriyaya qayıdaraq vətəndaş müharibəsində iştirak etmiş və 2012-ci ilin əvvəlində “Nusra Cəbhəsi”ni qurmuşdur.

2016-cı ildə “Nusra Cəbhəsi”ni ləğv edərək, 2017-ci ildə “Heyət Təhrir əş-Şam” təşkilatını yaratmışdır. Bu qruplaşma Suriyada fəaliyyət göstərən ən güclü silahlı müxalifət qruplarından biri hesab olunur.

Qeyd olunan digər namizədlər arasında Azərbaycan ictimaiyyətinə çox da məlum olmayan müxtəlif siyasi və hərbi liderlər, həmçinin vətəndaş cəmiyyətinin nümayəndələri yer alır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Övladlığa götürülən uşaqların sayında kəskin AZALMA – Səbəb nədir?

Övladlığa götürülən uşaqların sayında kəskin AZALMA – Səbəb nədir?

Arılar da sərxoş olurmuş- Xəbərdarlıq edildi

Arılar da sərxoş olurmuş- Xəbərdarlıq edildi

ABŞ diplomatları Yaxın Şərqə qayıdır

ABŞ diplomatları Yaxın Şərqə qayıdır

2026-cı ilin ən çox qazanan filmləri - Siyahı

2026-cı ilin ən çox qazanan filmləri - Siyahı

Sabahın HAVASI: Leysan, şimşək, dolu...

Sabahın HAVASI: Leysan, şimşək, dolu...

Qubada 47 yaşlı kişi bədbəxt hadisə nəticəsində həyatını itirdi

Qubada 47 yaşlı kişi bədbəxt hadisə nəticəsində həyatını itirdi

Şəfiqə Məmmədovanın sədr seçildiyi iclasdan GÖRÜNTÜLƏR

Şəfiqə Məmmədovanın sədr seçildiyi iclasdan GÖRÜNTÜLƏR

Qarabağdan Buxaraya: “Alimlərin sultanı” Yusif Qarabaği – VİDEO

Qarabağdan Buxaraya: “Alimlərin sultanı” Yusif Qarabaği – VİDEO

Dondurma yeyənə ayda 10 min maaş verəcək

Dondurma yeyənə ayda 10 min maaş verəcək

Südü qətiyyən bu saatda içməyin: Həzm sistemini məhv edir

Südü qətiyyən bu saatda içməyin: Həzm sistemini məhv edir

Bakıda evdən 43 yaşlı kişinin meyiti tapıldı

Bakıda evdən 43 yaşlı kişinin meyiti tapıldı

Saqqızla bağlı təəccüblü araşdırma – infarkt və insult riski arta bilər

Saqqızla bağlı təəccüblü araşdırma – infarkt və insult riski arta bilər

Külli miqdarda dərman preparatları AŞKARLANDI - FOTO

Külli miqdarda dərman preparatları AŞKARLANDI - FOTO

Azərbaycanda ovuc içi ilə ödəniş tətbiq edildi - Bank kartları sıradan çıxacaq?

Azərbaycanda ovuc içi ilə ödəniş tətbiq edildi - Bank kartları sıradan çıxacaq?

Dünyanın ən çox satılan telefonları açıqlandı

Dünyanın ən çox satılan telefonları açıqlandı

İlham Əliyevdən Şavkat Mirziyoyevə MƏKTUB

İlham Əliyevdən Şavkat Mirziyoyevə MƏKTUB

Dələduzluğa görə axtarışda olan 11 nəfər istintaqa təhvil verilib

Dələduzluğa görə axtarışda olan 11 nəfər istintaqa təhvil verilib

Bəzi yerlərdə yağış yağıb, şimşək çaxıb – FAKTİKİ HAVA

Bəzi yerlərdə yağış yağıb, şimşək çaxıb – FAKTİKİ HAVA

Pezeşkian Azərbaycanla əlaqələrdən danışdı

Pezeşkian Azərbaycanla əlaqələrdən danışdı

Azərbaycan nefti BAHALAŞDI

Azərbaycan nefti BAHALAŞDI

DİN: Cinayət törətməkdə şübhəli bilinən 48 nəfər SAXLANILDI

DİN: Cinayət törətməkdə şübhəli bilinən 48 nəfər SAXLANILDI

Balıq tutmaq istəyən kişi faciəli şəkildə həyatını itirdi

Balıq tutmaq istəyən kişi faciəli şəkildə həyatını itirdi

Məktəb alış-verişi valideynlərə neçəyə başa gəlir? – VİDEOREPORTAJ

Məktəb alış-verişi valideynlərə neçəyə başa gəlir? – VİDEOREPORTAJ

“Bitcoin”in qiyməti 78 min dollardan aşağı ENDİ

“Bitcoin”in qiyməti 78 min dollardan aşağı ENDİ

End of content

No more pages to load

RADİO