1947-ci il yanvarın 15-də Los-Anceles polisinə naməlum meyitin olması haqda xəbər verilir. Əraziyə gələn polislər gözlərinə inana bilmirlər. Gənc qızın iki yerə bölünmüş meyiti onları dəhşətə gətirir. Öldürülmüş qız 22 yaşlı Yelizabet Şort olub.xa0
Məlum olur ki, qız Mayami şəhərinə yollanıb. Orda hərbçi oğlanla tanış olub. Hərbçi oğlana aşiq olan qız onu gözləməli olur. Bir neçə ay sonra onun ölüm xəbərini alır. Bundan sonra qızın başına yenə oxşar hadisə gəlir. İlk sevgisindən nəticə çıxarmayan qız bu dəfə aviasiya mayoru Metta Qordonu sevir. İki ildən sonra onun da ölüm xəbərini alır.xa0

Yelizabeta bu dəfə həyatını dəyişmək qərarına gəlir və aktrisa olmaz üçün Hollivuda yollanır. O, hətta kişilərin diqqətini cəlb etmək üçün öz xarici görünüşündə dəyişiklik də edir. Jurnalistlər onun ölüm xəbərini eşidən kimi ailəsinə xəbər verirlər ki, qızınız gözəllik yarışmasında birinci olub. Bu, onun öldürülməsi ehtimalını daha da artırır. Sonradan isə redaksiyalardan birinə Elizabetanın və onun evlənəcəyi şəxs olan Metta Qordon haqqında sənədlər göndərilir. Amma bütün bunlara baxmayaraq Elizabetanın ölümünün üstü açılmır.xa0
Vasif Əlihüseyn