Rusiyanın Perm vilayətində məhkəmə istintaq əsnasında Bereznyaki qəsəbəsində müəlliməyə hücum edən onuncu sinif şagirdini nəzarətə götürüb.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “mk.ru” saytı yayıb.
“Qapalı məhkəmə iclasında qərar verildi. Şübhəli istintaq müddətində nəzarətə alındı” deyə məhkəmənin mətbuat xidməti qeyd edib.
Bundan əvvəl hüquq-mühafizə orqanları mayın 21-də bir şagirdin müəlliməyə bıçaqla hücum etdiyini bildirmişdi. Hadisə nəticəsində o, boynundan aldığı xəsarətlə Permdəki regional xəstəxanaya aparılıb. Həkimlər qadının vəziyyətini ağır və stabil olaraq xarakterizə ediblər.
Bizim.Media