Rusiya bir nömrəli təhlükə kəsb edən düşməndir.
Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın müdafiə naziri Ben Uolles bildirib.
Britaniyalı nazir Rusiya gəmilərinin Birləşmiş Krallıq sahillərinə yaxın ərazilərdə aktivləşməsindən narahatlığını ifadə edib.
Bundan əlavə, nazir qeyd edib ki, Britaniya deeskalasiya və digər metodları təcrübədən keçirib:
“Hələlik Rusiyanın münasibətinin dəyişmədiyi indiki reallıqda proseslərin hansı istiqamətdə getdiyini anlamaq çətindir”.
Bizim.Media