Türkiyə təhlükəsizlik qüvvələrinin davam etdirdiyi antiterror əməliyyatları nəticəsində Mardin vilayətinin Nusaybin bölgəsində zərərsizləşdirilən yeddi terrorçudan birinin barəsində axtarış elan edilən Serhat Ericek olduğu müəyyənləşdirilib.
Bizim.Media Türkiyə mətbuatına istinadla xəbər verir ki, “Rızgar Koçer” ləqəbli təhlükəli terrorçu bir sıra ağır cinayətlərin təşkilində ittiham olunduğu üçün barəsində axtarış elan edilmişdi.
S.Ericek iki il əvvəl Şırnakda hərbi qulluqçular Esma Çevik və Kemal Sayarın öldürüldüyü terror aktının təşkilatçılarından olub.
Bizim.Media