Türkiyə nümayəndə heyəti Baş Prokurorluqda - FOTO

Türkiyə Respublikasının Ali Məhkəməsinin Baş prokuroru Muhsin Şentürkün rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda işgüzar səfərdədir.

Bizim.Media xəbər verir ki, oktyabrın 4-də Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev Türkiyə Respublikasının Ali Məhkəməsinin Baş prokuroru cənab Muhsin Şentürkün rəhbərlik etdiyi nümayəndə heyətini Baş Prokurorluqda qəbul edib.

Baş prokuror Azərbaycan və Türkiyənin liderləri cənab İlham Əliyevin və cənab Rəcəb Tayyib Ərdoğanın uzaqgörən siyasəti nəticəsində dövlətlərarası əlaqələrin bütün sahələrdə müvəffəqiyyətlə inkişaf etdiyini bildirib. Bu əlaqələrin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “bir millət, iki dövlət” prinsipinə əsaslandığını və gələcəkdə davam edəcəyinə əminlik ifadə edilib.

Səmimi qəbula görə öz təşəkkürünü bildirən nümayəndə heyətinin rəhbəri Muhsin Şentürk ölkələrimizin bütün sahələrdə əlaqələrinin sıx olmasını qeyd etməklə, Bakıda keçirilmiş Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) 29-cu İllik Konfransı və Ümumi Yığıncağının yüksək səviyyədə keçirilməsi münasibətilə təbriklərini çatdırıb.

Həmçinin, Muhsin Şentürk səfər zamanı Şuşa və Xankədi şəhərlərini və orada yerləşən bir sıra tarixi-mədəni abidələrini ziyarət etməsinə şərait yaradılmasına görə təşəkkürünü ifadə edərək, erməni vandalizminin ağır nəticələrini təəssüf hissi ilə müşahidə etdiyini, görülmüş bərpa-quruculuq işləri ilə yaxından tanış olduğunu bildirib.

Bundan başqa Türkiyə Respublikasının Ali Məhkəməsinin Baş prokuroru Qarabağ Universitetinin Xankəndi şəhərində təsis edilməsini tarixi hadisə olmasını vurğulamaqla həmin təhsil müəsssisəsinin aparıcı ali məktəblərdən birinə çevriləcəyinə əminlik ifadə edilib.

Nümayəndə heyəti daha sonra Baş Prokurorluğun Tarix muzeyi və Çağrı Mərkəzi ilə tanış olub.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Gədəbəydə maşın körpüdən aşdı - 5 nəfər xəsarət aldı

Gədəbəydə maşın körpüdən aşdı - 5 nəfər xəsarət aldı

Türkiyənin daha bir UĞURU: “HÜRJET” təyyarəsi HHQ-nin istifadəsinə verilir

Türkiyənin daha bir UĞURU: “HÜRJET” təyyarəsi HHQ-nin istifadəsinə verilir

Taker Karlson: Tramp istefaya göndərilməlidir - VİDEO

Taker Karlson: Tramp istefaya göndərilməlidir - VİDEO

Hikmət Hacıyevdən itkin düşən şəxslərlə bağlı paylaşım - FOTO

Hikmət Hacıyevdən itkin düşən şəxslərlə bağlı paylaşım - FOTO

2 sərnişin təyyarəsi stadionun üzərində təhlükəli manevr etdi - VİDEO

2 sərnişin təyyarəsi stadionun üzərində təhlükəli manevr etdi - VİDEO

2014-cü ildən bəri Rusiyaya nə qədər sanksiya tətbiq edilib? - FOTO

2014-cü ildən bəri Rusiyaya nə qədər sanksiya tətbiq edilib? - FOTO

Tramp Kanadaya süni intellektlə hazırlanmış VİDEO ilə cavab verdi

Tramp Kanadaya süni intellektlə hazırlanmış VİDEO ilə cavab verdi

Nepalda möcüzə: 3 gün sonra dağıntılar altından 6 yaşlı qız sağ çıxarıldı - VİDEO

Nepalda möcüzə: 3 gün sonra dağıntılar altından 6 yaşlı qız sağ çıxarıldı - VİDEO

Avqustun son günündə hava necə olacaq?

Avqustun son günündə hava necə olacaq?

Zelenski: Kiyev vilayətinə zərbə nəticəsində 38 nəfər həlak olub - VİDEO

Zelenski: Kiyev vilayətinə zərbə nəticəsində 38 nəfər həlak olub - VİDEO

Rusiya zərbəsindən sonra daha bir şirkət fəaliyyətini dayandırdı

Rusiya zərbəsindən sonra daha bir şirkət fəaliyyətini dayandırdı

ABŞ-ın BMT-dəki daimi nümayəndəsi: “Ya bizimləsiniz, ya da bizə qarşı” - VİDEO

ABŞ-ın BMT-dəki daimi nümayəndəsi: “Ya bizimləsiniz, ya da bizə qarşı” - VİDEO

"Qarabağ" braziliyalı yarımmüdafiəçini icarəyə götürdü

"Qarabağ" braziliyalı yarımmüdafiəçini icarəyə götürdü

Delcy Rodriges: ABŞ-la neft sazişi 25 il qüvvədə olacaq – VİDEO

Delcy Rodriges: ABŞ-la neft sazişi 25 il qüvvədə olacaq – VİDEO

Nepalda daşqın nəticəsində ölənlərin sayı 734-ə çatdı - VİDEO

Nepalda daşqın nəticəsində ölənlərin sayı 734-ə çatdı - VİDEO

Venesuelanın 17 neft yatağı ABŞ-ın nəzarətinə keçir – WSJ

Venesuelanın 17 neft yatağı ABŞ-ın nəzarətinə keçir – WSJ

Cəlilabadda ev yanaraq külə döndü - VİDEO

Cəlilabadda ev yanaraq külə döndü - VİDEO

İranın Ali Lideri müsəlman ölkələrini birliyə çağırdı

İranın Ali Lideri müsəlman ölkələrini birliyə çağırdı

Musiqi festivalında silahlı insident: Xəsarət alanlar var - VİDEO

Musiqi festivalında silahlı insident: Xəsarət alanlar var - VİDEO

Rusiyada yanacaq bölgüsü sərt TƏNQİD OLUNDU - SƏBƏB NƏDİR?

Rusiyada yanacaq bölgüsü sərt TƏNQİD OLUNDU - SƏBƏB NƏDİR?

Belçika dondurulmuş Rusiya aktivlərini Ukraynaya vermir - SƏBƏB

Belçika dondurulmuş Rusiya aktivlərini Ukraynaya vermir - SƏBƏB

"Araz-Naxçıvan"ın UEFA Çempionlar Liqasındakı bütün rəqibləri bəlli oldu

"Araz-Naxçıvan"ın UEFA Çempionlar Liqasındakı bütün rəqibləri bəlli oldu

İslandiyada Aİ-yə üzvlüklə bağlı cəmiyyət iki yerə bölünüb

İslandiyada Aİ-yə üzvlüklə bağlı cəmiyyət iki yerə bölünüb

Ararat Mirzoyan xarici ölkə səfirləri ilə Türkiyə sərhədində

Ararat Mirzoyan xarici ölkə səfirləri ilə Türkiyə sərhədində

End of content

No more pages to load

RADİO