Solçular Makronu istefaya göndərəcək?

Fransanın solçu "İtaətsiz Fransa" partiyasının rəhbərliyi solçu Yeni Xalq Cəbhəsi alyansının namizədi Lyüsi Kasten baş nazir postuna təyin edilməsə, Milli Assambleyanın (parlamentin aşağı palatası) Bürosuna ölkə prezidenti Emmanuel Makronun vəzifəsindən kənarlaşdırılması təklifini təqdim etmək niyyətindədir.

Bizim.Media xəbər verir ki, bu barədə "İtaətsiz Fransa" alyansının qurucusu Jan-Lyük Melanşon və onun ən yaxın silahdaşları həftəlik "La Tribune Dimanche" üçün məqalələrində yazıblar.

Qeyd olunub ki, ölkə konstitusiyasının 68-ci maddəsi prezidentin vəzifədən kənarlaşdırılması şərtlərini müəyyən edir: "Bu, qanunda göstərildiyi kimi, onun öz vəzifələrini yerinə yetirməməsi, mandatına uyğunsuzluğun aşkar əlamətləri olan halda baş verə bilər".

Partiya nümayəndələri hesab edirlər ki, parlament seçkilərinin nəticələrini nəzərə almamaq və onlara məhəl qoymamaq prezident mandatının elementar tələblərinin pozulması deməkdir: "Ona görə dövlət başçısı demokratiyanın qarantı olmalıdır".

Mövcud qaydalara görə, belə sorğular Milli Assambleyanın Bürosuna və onun rəhbərliyinə verilir. Daha sonra vəsatət qəbul olunarsa, qanunvericilik komissiyasına göndəriləcək.

Yalnız komissiya tərəfindən təsdiq edildikdən sonra prezidentin istefaya göndərilməsi təklifi aşağı palatanın bütün deputatlarının səsverməsinə çıxarıla bilər. Melenşon və onun tərəfdaşları hesab edirlər ki, bu təklifi qəbul etmək olar, çünki prezident düşərgəsi palatada azlıq təşkil edir.

Daha əvvəl "Agence France-Presse" Yelisey Sarayına istinadən xəbər vermişdi ki, Makron Milli Assambleyanın (parlamentin aşağı palatası) fraksiya rəhbərlərini ölkənin yeni hökumətinin formalaşdırılmasına həsr olunacaq iclasa dəvət edib.

İclasda Makron növbədənkənar parlament seçkilərində birinci yeri tutan solçu Yeni Xalq Cəbhəsi alyansının təklif etdiyi namizəd, iqtisadçı Lyüsi Kaste ilə söhbət edə bilər.

Eyni zamanda, "Le Journal du Dimanche" nəşri isə qeyd edib ki, Kastenin görüşə dəvət edilməsi özlüyündə heç nə demək deyil. Mümkündür ki, Fransa lideri onun təyinatının qeyri-mümkünlüyünə işarə etsin. 

Qeyd olunub ki, Makron avqustun 28-dək respublikanın yeni hökumət başçısını təyin edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azarkeşlər son anda qadağa ilə üzləşdi

Azarkeşlər son anda qadağa ilə üzləşdi

Bakının bu rayonlarında işıq olmayacaq

Bakının bu rayonlarında işıq olmayacaq

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU - FOTO

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU - FOTO

“Sabah”a uduzduqdan sonra komandasını TƏNQİD ETDİ

“Sabah”a uduzduqdan sonra komandasını TƏNQİD ETDİ

Bu BÜRCLƏRİ bir neçə xoşbəxt həftə gözləyir

Bu BÜRCLƏRİ bir neçə xoşbəxt həftə gözləyir

Paytaxtda ağır qəza olub, xəsarət alan var - VİDEO

Paytaxtda ağır qəza olub, xəsarət alan var - VİDEO

Britaniyanın Tehrandakı səfiri XİN-ə ÇAĞIRILDI

Britaniyanın Tehrandakı səfiri XİN-ə ÇAĞIRILDI

“Qarabağ” “Sabah”ı TƏBRİK ETDİ

“Qarabağ” “Sabah”ı TƏBRİK ETDİ

Plastik cərrahı qətlə yetirən əri mirasdan məhrum edildi

Plastik cərrahı qətlə yetirən əri mirasdan məhrum edildi

Aİ Ukrayna üçün daha iki danışıqlar klasterini AÇDI

Aİ Ukrayna üçün daha iki danışıqlar klasterini AÇDI

İnsan neçə dil öyrənə bilər? - Alimlərdən maraqlı ARAŞDIRMA

İnsan neçə dil öyrənə bilər? - Alimlərdən maraqlı ARAŞDIRMA

Moskvanın üç aeroportunda uçuşlara məhdudiyyət QOYULDU

Moskvanın üç aeroportunda uçuşlara məhdudiyyət QOYULDU

Kahim Perris Azərbaycan futbol tarixinə düşdü

Kahim Perris Azərbaycan futbol tarixinə düşdü

Alena Əliyeva "44" filminin premyerasından paylaşım etdi - FOTO

Alena Əliyeva "44" filminin premyerasından paylaşım etdi - FOTO

Azərbaycan-Laos əlaqələrinin inkişafı müzakirə olundu - FOTO

Azərbaycan-Laos əlaqələrinin inkişafı müzakirə olundu - FOTO

İlon Mask yenə trilyonçu statusunu İTİRDİ

İlon Mask yenə trilyonçu statusunu İTİRDİ

Ağ Evin yeni mətbuat katibi ilk brifinqindən sonra vəzifəsini İTİRƏ BİLƏR

Ağ Evin yeni mətbuat katibi ilk brifinqindən sonra vəzifəsini İTİRƏ BİLƏR

“Sabah” doğma meydanda tarix yazdı - VİDEO

“Sabah” doğma meydanda tarix yazdı - VİDEO

Hüseyn izləyicisinə bir "paçka" dollar verdi - VİDEO

Hüseyn izləyicisinə bir "paçka" dollar verdi - VİDEO

Sürücülərin NƏZƏRİNƏ: Bakının 2 rayonunda yol bağlanacaq

Sürücülərin NƏZƏRİNƏ: Bakının 2 rayonunda yol bağlanacaq

Ukraynada səfərbərlikdən möhlət qaydaları SƏRTLƏŞDİRİLİR

Ukraynada səfərbərlikdən möhlət qaydaları SƏRTLƏŞDİRİLİR

"Sabah" hesabı açdı - VİDEO

"Sabah" hesabı açdı - VİDEO

Röya: “Bu gün verilən qərarlara görə bir neçə il sonra təşəkkür edəcəksiniz”

Röya: “Bu gün verilən qərarlara görə bir neçə il sonra təşəkkür edəcəksiniz”

"Sabah" - “Slaviya Praqa” oyununda ilk hissə YEKUNLAŞDI

"Sabah" - “Slaviya Praqa” oyununda ilk hissə YEKUNLAŞDI

End of content

No more pages to load

RADİO