Meksika mətbuatı Ermənistanın hərbi cinayətlərindən yazdı

Meksikanın nüfuzlu mətbu orqanlarından olan “El Universal” qəzetində Azərbaycan Respublikasının bu ölkədəki səfiri Məmməd Talıbovun “Sülhə gedən yol dövlətlərin suverenliyi və ərazi bütövlüyünə qarşılıqlı hörmətdən keçir” başlıqlı məqaləsi dərc edilib.

Azərbaycan Respublikasının Meksikadakı Səfirliyindən Bizim.Media-ya verilən məlumata görə, Ermənistan səfirinin Azərbaycanın guya erməni hərbi əsirlərini qaytarmaqdan imtina etdiyi haqda yazısına cavab olaraq hazırlanmış məqalədə ilk olaraq, qondarma qurumun Ermənistanın 30 ilə yaxın müddətdə işğalda saxladığı beynəlxalq qaydada tanınmış Azərbaycan ərazilərində yaradılmış qeyri-qanuni rejim olduğu, o cümlədən təmsil etdiyi ölkə tərəfindən tanınmamış qondarma rejim haqda danışaraq Meksika auditoriyasını yanıltmağa çalışdığı bildirilir.

Azərbaycanın 2020-ci ilin 10 noyabr və 2021-ci ilin 11 yanvar tarixli üçtərəfli bəyanatların tələblərinə tam olaraq əməl etdiyi, erməni tərəfinin iddialarının əksinə olaraq “hamının hamıya” prinsipi əsasında bütün hərbi əsirləri qarşı tərəflə dəyişərək, 69 nəfər erməni hərbi əsirini qaytardığı və 15 nəfər azərbaycanlı hərbçini geri aldığı məlumat verilir.

Hazırda Azərbaycan tərəfində saxlanılan şəxslərin hərbi əməliyyatların başa çatması və 10 noyabr bəyanatının imzalanmasından sonra Ermənistanın Şirak vilayətindən Azərbaycan ərazisinə keçərək 4 nəfər hərbçi və 1 mülki vətəndaşımızın ölümü ilə nəticələnən terror aktları törətmiş şəxslər olduğu və onların Azərbaycan qanunvericiliyinə uyğun olaraq cinayət məsuliyyətinə cəlb edildikləri deyilir.

Bununla yanaşı, 1991-94-cü illərdə Ermənistanın işğal zamanı mülki insanlarımıza qarşı xüsusi amansızlıq nümayiş etdirdiyi, əsir götürdüyü 4 min nəfər mülki vətəndaşımızın taleyinin bu günədək naməlum olduğu və Xocalıda törətdiyi soyqırımının onilliklərlə davam edən erməni təcavüzü ərzində azərbaycanlı mülki əhaliyə qarşı törədilmiş amansız qətliamlardan biri olduğu qeyd edilir.

Bildirilir ki, erməni vəhşiliyinin ən yeni sübutlarından biri də Kəlbəcər rayonunun Başlıbel kəndində qətlə yetirilmiş 12 nəfər soydaşımızın qalıqlarının aşkarlanmasıdır.

Ermənistanın 30 ildir evlərinə qayıda bilməyən 1 milyona yaxın azərbaycanlı məcburi köçkünün bu gün də geri dönüşünə ciddi maneələr yaratdığı, işğaldan azad edilmiş ərazilərimizdə bu müddət ərzində bütün yaşayış infrastrukturunu məhv etdiyi və burada kütləvi minalama apardığı, bu minaların partlaması səbəbindən 10 noyabr bəyanatından bu günədək aralarında mülkü şəxslər də olmaqla, 20 nəfər vətəndaşımızın həlak olduğu, 85 nəfərin isə ağır yaralandığı və Ermənistanın beynəlxalq humanitar hüququn tələblərini kobud şəkildə pozaraq minalanmış ərazilərin xəritəsini verməkdən imtina etdiyi söylənilir.

Qeyd edilir ki, hazırda bütün dünya azad olunmuş ərazilərimizdəki erməni vandalizminə, şəhər və qəsəbələrimizin Ermənistan tərəfindən tamamilə dağıdıldığına və ölkəmizə aid tarixi-mədəni irsin məhvinə cəhd edildiyinə şahid olmaqdadır.

Sonda sülhə gedən yolun dövlətlərin suverenliyi və ərazi bütövlüyünə qarşılıqlı hörmətdən keçdiyi, bu səbəbdən Ermənistanın qonşularına qarşı təcavüzkar siyasəti və ərazi iddialarından əl çəkməli, öz xalqını barışığa hazırlamalı və əməkdaşlıq ruhunda yaşamağı öyrənməli olduğu vurğulanır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tramp Ağ Evə qayıtdıqdan sonra ilk dəfə İrlandiyaya səfər edəcək

Tramp Ağ Evə qayıtdıqdan sonra ilk dəfə İrlandiyaya səfər edəcək

Londonda festivalda yanğın: 23 nəfər xəsarət alıb

Londonda festivalda yanğın: 23 nəfər xəsarət alıb

ABŞ senatoru: Tramp administrasiyası İranla müharibədə çıxılmaz vəziyyətə düşüb

ABŞ senatoru: Tramp administrasiyası İranla müharibədə çıxılmaz vəziyyətə düşüb

Türkiyədə sərnişin avtobusu qəzaya uğradı - 21 nəfər xəsarət aldı - FOTO

Türkiyədə sərnişin avtobusu qəzaya uğradı - 21 nəfər xəsarət aldı - FOTO

Ceyranbatanda ekoloji narahatlıq yaradan zavodla bağlı RƏSMİ AÇIQLAMA - VİDEO

Ceyranbatanda ekoloji narahatlıq yaradan zavodla bağlı RƏSMİ AÇIQLAMA - VİDEO

Rusiyanın Krıma gedən yanacaq daşıyan maşın karvanı hədəfə alındı - VİDEO

Rusiyanın Krıma gedən yanacaq daşıyan maşın karvanı hədəfə alındı - VİDEO

Bolqarıstan, Britaniya və Ukrayna ABŞ-ın İrana qarşı mümkün əməliyyatına qoşulmayacaq

Bolqarıstan, Britaniya və Ukrayna ABŞ-ın İrana qarşı mümkün əməliyyatına qoşulmayacaq

Qaraçay-Çərkəzdə qaz partladı: 10 nəfər xəsarət aldı

Qaraçay-Çərkəzdə qaz partladı: 10 nəfər xəsarət aldı

Vaşinqtonda meşə yanğınları nəticəsində 600-dən çox tikili məhv olub - VİDEO

Vaşinqtonda meşə yanğınları nəticəsində 600-dən çox tikili məhv olub - VİDEO

Serbiyanın Baş naziri vətəndaşları elektrik enerjisinə qənaət etməyə çağırdı

Serbiyanın Baş naziri vətəndaşları elektrik enerjisinə qənaət etməyə çağırdı

SSRİ bayrağına görə həbs olunanlardan biri Elçin Bayramlı imiş - FOTO

SSRİ bayrağına görə həbs olunanlardan biri Elçin Bayramlı imiş - FOTO

Süni intellektə yatırımlar yeni maliyyə böhranı yarada bilər - FOTO

Süni intellektə yatırımlar yeni maliyyə böhranı yarada bilər - FOTO

Ulduz falı: 3 avqust, 2026-cı il

Ulduz falı: 3 avqust, 2026-cı il

Azərbaycan güləşçiləri dünya çempionatını 7 medalla başa vurublar

Azərbaycan güləşçiləri dünya çempionatını 7 medalla başa vurublar

Bu tarixdən havalar sərinləşir - AÇIQLAMA

Bu tarixdən havalar sərinləşir - AÇIQLAMA

İranın addımları ABŞ-ı təəccübləndirdi - Vaşinqton yeni zərbələri nəzərdən keçirir

İranın addımları ABŞ-ı təəccübləndirdi - Vaşinqton yeni zərbələri nəzərdən keçirir

Kobaxidze: ABŞ-la strateji tərəfdaşlığın bərpasına nikbin yanaşırıq

Kobaxidze: ABŞ-la strateji tərəfdaşlığın bərpasına nikbin yanaşırıq

Polşada yenə ukraynalıları döydülər - 3 nəfər xəsarət alıb - FOTO

Polşada yenə ukraynalıları döydülər - 3 nəfər xəsarət alıb - FOTO

Avropada "Könüllülər koalisiyası" dağılır?

Avropada "Könüllülər koalisiyası" dağılır?

Bilgəh qəsəbəsində bir nəfər dənizdə batdı

Bilgəh qəsəbəsində bir nəfər dənizdə batdı

Poltava vilayətində kritik infrastruktura zərbə: Təhlükəli kimyəvi maddə sızdı - FOTO/VİDEO

Poltava vilayətində kritik infrastruktura zərbə: Təhlükəli kimyəvi maddə sızdı - FOTO/VİDEO

ABŞ-da təhlükəli virus: Ona qarşı nə peyvənd, nə də müalicə var

ABŞ-da təhlükəli virus: Ona qarşı nə peyvənd, nə də müalicə var

Məşhur türk aktrisası Özge Gürel “44” filminin baş rolunda - FOTO/VİDEO

Məşhur türk aktrisası Özge Gürel “44” filminin baş rolunda - FOTO/VİDEO

"Flaminqo" PUA-sının aşağı hündürlükdə uçuş görüntüləri yayıldı - VİDEO

"Flaminqo" PUA-sının aşağı hündürlükdə uçuş görüntüləri yayıldı - VİDEO

End of content

No more pages to load

RADİO