Aktyor Tamer Karadağlı 24 yaşlı sevgilisi Iraz Yıldızla aralarındakı yaş fərqinə görə sosial mediada təhqir edilib.
Bizim.Media Türkiyə mətbuatına istinadla xəbər verir ki, cütlük onlara təhqir yazan sosial media istifadəçiləri ilə bağlı prokurorluğa şikayət ərizəsi ilə müraciət edərək, həmin şəxslərin tapılmasını tələb edib.
Qeyd edək ki, T. Karadağlı onların bu münasibətini tənqid edənlərə "Sevgidə yaş fərqi yoxdur. 24 yaşlı qız. Qarışmaq kimsənin həddi deyil. Kimin nə dediyinə görə hərəkət etməyəcəyəm", deyə cavab verib.
Bizim.Media