Türkiyə Radio Televiziya Qurumunun (Türkiyənin İctimai Televiziyası - TRT) yaradılmasının 57-ci ildönümüdür.
Bizim.Media xəbər verir ki, Türkiyədə ilk radio 1927-ci l mayın 6-da yayımlanmağa başlayıb.
1980-ci ildə TRT-nin yenidən təşkil olunaraq radio verilişləri departamenti formalaşıb. 1980-2000-ci illərdə TRT kanalları ilk dəfə stereo yayıma keçib.
2001-ci il yanvarın 31-dən TRT yenilənmiş loqotip və yayım sistemi ilə işləməyə başlayıb.
Hazırda TRT 10 müxtəlif televiziya kanalı ilə 24 saat yayımlanır. Radio yayımı 15 radio kanalı vasitəsilə həyata keçirilir və 31 dildə bütün dünyaya yayılır.
Bizim.Media