Mayın 1-də yerli vaxtla səhər saat 10:27 dəqiqədə Yaponiyanın Hönşü adasının şimal-şərqində 6,6 bal gücündə zəlzələ baş verib.
Bizim.Media Yaponiya Meteorologiya Agentliyinə istinadla xəbər verir ki, güclü zəlzələnin episentri Miyaqi prefekturasının Sakit okean sahillərində, ocağı 61 kilometr dərinlikdə yerləşib.
Dağıntılar və zərərçəkənlər barədə hələlik məlumat verilmir, sunami xəbərdarlığı elan edilməyib.
Güclü yeraltı təkanların paytaxt Tokio da daxil olmaqla, Aomori, Osaka, İvate və Fukuşima prefekturalarında hiss olunduğu bildirilir.
Bizim.Media