Türkiyənin Çankırı bölgəsində ölkəyə qeyri-qanuni yolla daxil olmaq istəyən miqrantlar saxlanılıb.
“Qafqazinfo”x9d Türkiyə mətbuatına istinadən xəbər verir ki, saxlanılanlarım ümumi sayı 119 nəfərdir. Onların arasında qadınlar və uşaqlar da var.
Məlumata əsasən, polis Ağrı bölgəsindən İstanbula gedən avtobus və avtomobili saxlayıb. Araşdırma nəticəsində məlum olub ki, miqrantlar Əfqanıstan, Pakistan və Suriya vətəndaşlarıdır.
Hadisə ilə bağlı dörd nəfər həbs edilib.