QMİ sədri ölkəmizdə səfərdə olan dini liderləri qəbul edib

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə Azərbaycan Prezidenti İlham Əliyevin himayədarlığı ilə keçirilən VI Bakı Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində ölkəmizdə səfərdə olan dini liderlərlə görüşüb.

Bizim.Media xəbər verir ki, görüşdə əvvəlcə Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə çıxış edərək, Azərbaycanda dinlər və mədəniyyətlərarası əməkdaşlığa dair, insan həmrəyliyinə xidmət edən ideyalara xitabən multikulturalizm, İslam həmrəyliyi və “Yaşıl dünya naminə” illərin elan olunmasını, mütəmadi tədbirlərin keçirilməsini Azərbaycan Prezidentinin bəşəri dəyər kəsb edən siyasi liderliyinin təzahürü olduğunu qeyd edib.

İşğaldan azad edilmiş ərazilərimizdə görülən bərpa-quruculuq işləri barədə danışan şeyx qeyd edib ki, Azərbaycan dövləti işğal dövrünün acı nəticələrini aradan qaldırır, dağıdılmış şəhər və kəndləri dirçəldir, vandalizmə uğradılmış dini-mənəvi irsini, müxtəlif dinlərə məxsus abidələri bərpa və yenidən inşa edir.
Müharibənin bəla və çətinliklərinə diqqət çəkən şeyx deyib: “Savaş dəhşətlərini, soyqırımı və vandalizmi görmüş bir xalq olaraq biz, bölgəmizdə və bütün dünyada sülhün, əmin-amanlığın bərqərar olması üçün dualar edir, beynəlxalq hüquq, diplomatiya, dinlərarası dialoq platformalarında əlimizdən gələni əsirgəmirik. Forumun əsas qayəsi dinlərarası dialoq vasitəsilə etimadın möhkəmləndirilməsidir. Bəli, ilk növbədə, etimad mühiti formalaşdırılmalı, anlaşma əldə olunmalıdır. Uca Allah xalqlarımızı, dövlətlərimizi, bütün bəşəriyyəti hifz etsin”,- deyə o bildirib.

Sonra çıxış edən Müsəlman Ağsaqqalları Şurasının baş katibi Məhəmməd Əbdüssəlam deyib ki, dünən Şuşada keçirilmiş dinlərarası mötəbər tədbir Azərbaycan dövlətinin dinlərə, multikulturalizmə verdiyi önəmin, söz və insan azadlığına göstərdiyi hörmətin göstəricisidir:

"Dünən ziyarətin kilsədən başlaması düşünürəm ki, bütün dünya üçün böyük mesaj - siqnal idi. Məhz bu cür hörmət və qonaqpərvərliyə görə mən Azərbaycan dövlətinə və Prezidentinə öz təşəkkürümü bildirirəm”.

Görüşdə 38 ölkəni və 10 beynəlxalq təşkilatı təmsil edən müsəlman, xristian, yəhudi, buddist, induist və digər dinlərin liderləri və nümayəndələri iştirak ediblər.

Sonda iştirakçılar üçün ziyafət verilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qızılın qiyməti avqustun 19-dan bəri ilk dəfə aşağı düşdü

Qızılın qiyməti avqustun 19-dan bəri ilk dəfə aşağı düşdü

Bu universitetin korpusu 26 milyon manata təmir olunacaq

Bu universitetin korpusu 26 milyon manata təmir olunacaq

Anar Paşacanov Dünya Bankında yüksək vəzifəyə gətirildi

Anar Paşacanov Dünya Bankında yüksək vəzifəyə gətirildi

Azərbaycanda axtarışda olan kişinin meyiti küçədə tapıldı

Azərbaycanda axtarışda olan kişinin meyiti küçədə tapıldı

Sürücülərə şad xəbər: 46 küçədə təmir işləri yekunlaşdı

Sürücülərə şad xəbər: 46 küçədə təmir işləri yekunlaşdı

Putin: “Türkiyə bizim imtiyazlı tərəfdaşımızdır"

Putin: “Türkiyə bizim imtiyazlı tərəfdaşımızdır"

Kaya Kallasın mətbuat katibi vəzifəsindən İSTEFA VERDİ

Kaya Kallasın mətbuat katibi vəzifəsindən İSTEFA VERDİ

ABŞ İranın hücumunu 80-dən çox “Patriot” raketlə dəf edib

ABŞ İranın hücumunu 80-dən çox “Patriot” raketlə dəf edib

Prezidentin Narendra Modi ilə görüşündən FOTO

Prezidentin Narendra Modi ilə görüşündən FOTO

ANAMA ilə ASEAN təşkilatı arasında minatəmizləmə əməkdaşlığı genişlənir

ANAMA ilə ASEAN təşkilatı arasında minatəmizləmə əməkdaşlığı genişlənir

Prezident İlham Əliyevin Qırğızıstana səfəri başa çatdı - FOTO/VİDEO

Prezident İlham Əliyevin Qırğızıstana səfəri başa çatdı - FOTO/VİDEO

Bakı buxtasında suyun səthi neft ləkələrindən təmizlənəcək

Bakı buxtasında suyun səthi neft ləkələrindən təmizlənəcək

İlkin İsmayılov yeni vəzifəyə təyin olundu

İlkin İsmayılov yeni vəzifəyə təyin olundu

Rafet El Romanın canlı ifası müzakirələr yaratdı – VİDEO

Rafet El Romanın canlı ifası müzakirələr yaratdı – VİDEO

Sevinc Əzizovaya vəzifə verildi - FOTO

Sevinc Əzizovaya vəzifə verildi - FOTO

Leyla Abdullayeva Paris merinə etiraz məktubu göndərdi - FOTO

Leyla Abdullayeva Paris merinə etiraz məktubu göndərdi - FOTO

Bişkekdə Putinlə Ərdoğanın görüşü keçirilir - VİDEO

Bişkekdə Putinlə Ərdoğanın görüşü keçirilir - VİDEO

Qusarlı şəhid mayor Sənan Zamanovun qızı tələbə adını qazandı - FOTO

Qusarlı şəhid mayor Sənan Zamanovun qızı tələbə adını qazandı - FOTO

Sentyabrda Səyyar ASAN xidmətin fəaliyyət göstərəcəyi ÜNVANLAR

Sentyabrda Səyyar ASAN xidmətin fəaliyyət göstərəcəyi ÜNVANLAR

Ermənistan Xarici İşlər Nazirliyinin adı dəyişdirildi

Ermənistan Xarici İşlər Nazirliyinin adı dəyişdirildi

Bakının bu qəsəbəsində qaz olmayacaq

Bakının bu qəsəbəsində qaz olmayacaq

İdmançıların yeni reytinqi bəlli oldu - Həsrət Cəfərov yenə liderdir

İdmançıların yeni reytinqi bəlli oldu - Həsrət Cəfərov yenə liderdir

Bağçada uşağın qanında psixotrop maddə tapılması iddiası rəsmi nəzarətə götürüldü

Bağçada uşağın qanında psixotrop maddə tapılması iddiası rəsmi nəzarətə götürüldü

İnsanlar yenidən kabel qulaqlıqlara qayıdır: Səbəbi nədir?

İnsanlar yenidən kabel qulaqlıqlara qayıdır: Səbəbi nədir?

End of content

No more pages to load

RADİO