"Rusiya İsrailə kiminsə hücum hazırladığı barədə məlumata malik deyil".
Virtualaz.org TASS-a istinadən bildirir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov qətərlı həmkarı ilə keçirdiyi danışıqların yekununa dair mətbuat konfransında bildirib.
O, İranın İsrailə zərbə endirmək üçün Suriya və Livanda yüksək dəqiqilikli raketlər yerləşdirmək üçün meydança yaratmaq niyyətində olması ilə bağlı suala cavabında deyib. "Biz kiminsə İsrailə hücum hazırlaması barədə informasiyaya malik deyilik".