Göyçay rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media xəbər verir ki, şəhər ərazisində hərəkətdə olan "Daewoo" markalı avtomobil traktora dəyib.
Hadisə nəticəsində traktorun qoşqusu aşıb, qoşquda olan Çərəkə kənd sakini, 37 yaşlı Əli Rəhimov xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır. (Oxu.az)
Bizim.Media