Zelenski ABŞ-dan ÜZ ÇEVİRDİ – Yardımlar dayanacaq?

Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ-nin vitse-prezidenti Kamala Harrisin Rusiya neft emalı zavodlarına hücumları dayandırmaq tələbini rədd edib.

Zelenskinin bu reaksiyası maraq doğurub. 

Bəs görəsən, Rusiya-Ukrayna müharibəsinin gərginləşdiyi bu dövrdə Zelenskinin bu addımı ABŞ-nin Ukrayna ilə bağlı mövqeyinə, yardım strategiyasına təsir edə bilərmi?

Milli Məclisin deputatı Hikmət Babaoğlu Bizim.Media-ya mövzunu şərh edib.

O bildirib ki, Rusiya-Ukrayna müharibəsi hələ başlamazdan çox-çox əvvəl Anqlosakson – Yəhudi  ittifaqı tərəfindən bir neçə variant üzrə ssenariləşdirilmişdi:

“Söhbət üç variantdan gedir: uğurlu, daha uğurlu və ən uğurlu. Bu variantların yeganə ortaq cəhəti istənilən variantda hadisələrin nəzarətdən çıxmamasını təmin etmək idi. Uğurlu variant Rusiya – Ukrayna müharibəsinin başlanmasına nail olmaqdır. Üç gün çəksə belə, bu artıq uğur hesab ediləcəkdi. Ona görə də müharibə başlayanda daha çox üç-beş gün çəkəcəyi ilə bağlı çoxsaylı informasiyalar dolaşırdı. Ancaq müharibə artıq iki ildən çoxdur ki, davam edir. Bu, daha uğurlu variantın baş tutması deməkdir. 

Ən uğurlu senari isə Ukraynanın bir hissəsini güzəştə getməklə Rusiyanı Ukraynanın NATO-ya və ya ən azı Aİ-yə üzv olmasına razı salmaq idi. Bundan kənar hər hansı bir müdaxilə Qərb hərbi-siyasi alyansı üçün qəbuledilməz idi. Ona görə də nə rəsmi Ankaranın, nə də rəsmi Pekinin səyləri nəticə verdi. Çünki belə müdaxilə “Kollektiv Qərb”in başlatdığı müharibənin üzərində nəzarəti itirməyinə bərabər hesab ediləcəkdi”. 

H.Babaoğlu vurğulayıb ki, hazırda Ukraynanı Rusiya ilə atəşkəsə hazırlamaq üçün edilən yardımlar hər gün bir qədər də azaldılır:

“Çünki Ukrayna hərbi uğurlar qazandığı halda heç bir atəşkəsə razı olmayacaq. Rusiyaya Qərbin yardımı ilə qalib gəlmək də mümkün görünmür. Hətta mümkün olsa belə, tərəflərdən birinin mütləq qalibiyyəti müharibənin bitməsi olacaq. Qərbin istəyi və məqsədi isə heç bir halda müharibəni bitirmək deyil. Bu müharibə daima müxtəlif aktiv və passiv fazalarda davam etməklə Rusiyanın başı üzərində “Domokl qılıncı” rolunu oynamalıdır. 

Anqlasakson-yəhudi ittifaqının başqa bir strateji məqsədi isə bu müharibə vasitəsi ilə Avropanı öz nəzarəti altında saxlamaqdır. Göründüyü kimi, bu vaxta qədər hər iki məqsədə az qala ideal səviyyədə çatmaqdadırlar. Bütün Avropa Rusiya təhdidindən qorxaraq ABŞ-a sığınır. Rusiya isə bütün Avropa dövlətlərinə düşmən edilir. Nəticədə bu günki hərbi – siyasi reallıqları yaşamalı oluruq. 

Ona görə də Ukrayna Prezidenti Vladimir Zelenskinin müstəqil təşəbbüsləri ABŞ-ın vitse-prezidenti Kamala Harris tərəfindən rədd edilir. Axı Rusiya neft emalı zavodlarına hücumlar hələlik ABŞ-nin müharibə senarisinə daxil deyil. 
Belə olan halda Zelenski müstəqil qərar qəbul edib, Rusiyanın neft emalı zavodlarına hücumlar təşkil edərsə, bu, ABŞ-ın müharibə ssenarisinə xəyanət kimi qiymətləndirilə bilər. Nəticədə müharibə elə bir mərhələyə gəlib çatıb ki, icra edən siyasi fiqurların qurban verilməsini tələb edir. Önümüzdəki aylarda bu istiqamətdəki mövqelər daha da dəqiqləşəcək və çox güman ki, müharibə ilk siyasi qurbanlarını verməyə başlayacaq”.

Məhərrəm Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycanda 3.8 milyard kubmetr su itkiyə gedir

Azərbaycanda 3.8 milyard kubmetr su itkiyə gedir

Argentina “10” nömrəsini kimə həvalə edəcək?

Argentina “10” nömrəsini kimə həvalə edəcək?

Toyuq ətini əvəz edən qida - Tərkibində 25 faiz zülal var

Toyuq ətini əvəz edən qida - Tərkibində 25 faiz zülal var

"Sabah" braziliyalı futbolçu transfer etdi

"Sabah" braziliyalı futbolçu transfer etdi

ABŞ-nin İrana zərbəsi toy məclisinə düşdü – Ölənlər var

ABŞ-nin İrana zərbəsi toy məclisinə düşdü – Ölənlər var

Bakının bu ərazilərində işıq olmayacaq

Bakının bu ərazilərində işıq olmayacaq

Zelenski: “Ukrayna Rusiya istiqamətində zərbələri dayandıracaq”

Zelenski: “Ukrayna Rusiya istiqamətində zərbələri dayandıracaq”

Bakı metrosunun 4 stansiyası ilə bağlı şad xəbər - RƏSMİ

Bakı metrosunun 4 stansiyası ilə bağlı şad xəbər - RƏSMİ

İran Hörmüz boğazının bağlandığını ELAN ETDİ

İran Hörmüz boğazının bağlandığını ELAN ETDİ

Qeyri-rəsmi yaşadığı kişi tərəfindən vəhşicəsinə döyüldü

Qeyri-rəsmi yaşadığı kişi tərəfindən vəhşicəsinə döyüldü

"Elə bil, bütün kişilər tək bir qadınla evlənir"

"Elə bil, bütün kişilər tək bir qadınla evlənir"

Filippində güclü zəlzələ oldu

Filippində güclü zəlzələ oldu

Bu icra başçıları pensiya alır - Adlar

Bu icra başçıları pensiya alır - Adlar

İran ABŞ-nin Yaxın Şərqdəki bazalarına hücuma BAŞLADI

İran ABŞ-nin Yaxın Şərqdəki bazalarına hücuma BAŞLADI

Ən qonaqpərvər ÜÇ BÜRC

Ən qonaqpərvər ÜÇ BÜRC

Nikol Paşinyan Putinlə görüşün təfərrüatını açıqladı - VİDEO

Nikol Paşinyan Putinlə görüşün təfərrüatını açıqladı - VİDEO

Polina Rəhimova Azərbaycan millisindəki karyerasını bitirdi

Polina Rəhimova Azərbaycan millisindəki karyerasını bitirdi

Röyanın keçmiş qayınatası həbsdən çıxdı - FOTO

Röyanın keçmiş qayınatası həbsdən çıxdı - FOTO

Bakıda qardaş və bacı bir-birini bıçaqladı

Bakıda qardaş və bacı bir-birini bıçaqladı

“Uşaqları zəhərləyirlər, adamın ürəyi götürmür...” - Bağçadakı qalmaqalın detalları - VİDEO

“Uşaqları zəhərləyirlər, adamın ürəyi götürmür...” - Bağçadakı qalmaqalın detalları - VİDEO

İran ABŞ-ni cavab zərbəsi ilə HƏDƏLƏDİ

İran ABŞ-ni cavab zərbəsi ilə HƏDƏLƏDİ

Azərbaycan və Əlcəzair parlament rəhbərləri görüşdü - Detallar

Azərbaycan və Əlcəzair parlament rəhbərləri görüşdü - Detallar

Sürücülərin nəzərinə: Bakının bu küçələri bağlanır

Sürücülərin nəzərinə: Bakının bu küçələri bağlanır

Tramp: “ABŞ İordaniyadakı hücuma görə İrana zərbələr endirir”

Tramp: “ABŞ İordaniyadakı hücuma görə İrana zərbələr endirir”

End of content

No more pages to load

RADİO