İŞİD-ə qoşulmuş 17 yaşlı avropalı qız ələ keçib -Video

İŞİD-ə qoşulmuş 17 yaşlı avropalı qız ələ keçib  -Video
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol
İraqın Mosul şəhərinin cənubunda, darmadağın olmuş evin uçqununda aşkarlanan 17 yaşlı qız ağlayıb, aman istəyib.

İraqlı hərbçilərsə onun qollarından tutaraq sürüyüblər və zirehli maşına tərəf aparıblar.

Moderator.az Milli.Az-a istinadən bildirir ki, bu qız 17 yaşlı alman Linda Venseldir.

Linda Vensel 15 yaşı olanda Almaniyanın şərqindəki Pulşnits şəhərini, evini tərk edərək Türkiyəyə yollanıb, oradan qaçaqmalçıların köməyi ilə Suriyaya keçib, “İraq və Şamda İslam Dövləti”x9d (İŞİD) terror təşkilatına qoşulub.

Lindanı İŞİD-ə sosial şəbəkədə tanış olduğu çeçen terrorçu cəlb edib.

Çeçen terrorçu ilə Suriyada yaşayan Linda sonradan “ər”x9di ilə birlikdə Mosula yollanıb.

Mosulun İŞİD-dən azad edilməsi əməliyyatı zamanı bu şəhərdə 25 min terrorçunun məhv edildiyi bildirilir.

Linda isə sağ qalmağı bacarıb və yaralı vəziyyətdə iraqlı hərbçilərin əlinə keçib.

"Ona yer verin. Bu qız xristiandır, almandır. Yaralıdır. Maşına tərəf aparın", - iraqlı hərbçilərdən biri deyib.

Lindanın dediyinə görə, onların dəstəsində Almaniyanın Mannheym şəhərindən gələn, özünü “Laviyə”x9d adlandıran qadın və onun 21 yaşlı qızı “Nadiya”x9d da vardı.

“Almaniyaya, evə qayıtmaq istəyirəm. Savaşdan, qandan yorulmuşam”x9d, - Linda Vensel söyləyib. Onun sözlərinə görə, sağ əlindən və sol baldırından yaralanıb.

Lindanın atası, inşaatda fəhlə işləyən 52 yaşlı Reyner Vensel qızını gözləyir.

“Qızımın Mosulda tutulduğunu eşidəndə az qaldı huşumu itirim. Qızım sağdır. İşdə eşitdim bu xəbəri. Yerə çökdüm, ağladım. Balaca qızımı dərhal tanıdım. Uşaq vaxtı yıxılmışdı, qaşı çapılmışdı. O çapıqdan tanıdım. Qızımı hələ belə qəmli görməmişdim. Qızım iki il əvvəl evdən çıxanda mənə dedi ki, rəfiqəsi ilə parka gedir. Evdəki pulları götürüb hava limanına yollanıbmış. Oradan da İstanbula gedib. Sonra eşitdim ki, Suriyaya keçib”x9d, - R.Vensel söyləyib.

R.Vensel qızının anasından, 48 yaşlı Katarinadan ayrı yaşayır. Katarina Vensel də qızının sağ olduğunu eşidən kimi Reynerə zəng vurub.

Linda Vensel hazırda İraqın paytaxtı Bağdadda, həbsxanadadır.

İraq qanunvericiliyinə görə, Linda Venseli edam cəzası gözləyir. Lakin bu cəzanın tətbiq ediləcəyi ağlabatan deyil. Almaniyanın hakimiyyət dairələri rəsmi Bağdadla danışıqlar aparır, L.Venselin ekstradisiya olunmasına çalışırlar.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Son xəbərlər bildirişlə telefonunuzda.
YükləApp Store YükləGoogle Play

SON XƏBƏRLƏR

Bu ərazidə yaşayanların DİQQƏTİNƏ: Saat 10:00-dan etibarən…

Bu ərazidə yaşayanların DİQQƏTİNƏ: Saat 10:00-dan etibarən…

Harri Keyn karyerasında ilk dəfə “Qızıl top” mükafatını qazandı - VİDEO

Harri Keyn karyerasında ilk dəfə “Qızıl top” mükafatını qazandı - VİDEO

Bakı sakinlərinin NƏZƏRİNƏ: Bu ərazilərdə işıq olmayacaq

Bakı sakinlərinin NƏZƏRİNƏ: Bu ərazilərdə işıq olmayacaq

Vətən müharibəsinin xronikası: 27 oktyabr - VİDEO

Vətən müharibəsinin xronikası: 27 oktyabr - VİDEO

“Qızıl top”un "qalib"ini səhvən açıqladılar - FOTO

“Qızıl top”un "qalib"ini səhvən açıqladılar - FOTO

"Səni məclisə çağırır, amma gözəl görünməyini istəmir"

"Səni məclisə çağırır, amma gözəl görünməyini istəmir"

Azərbaycan və İƏT arasında korrupsiyaya qarşı mübarizə üzrə əməkdaşlıq müzakirə olundu - FOTO

Azərbaycan və İƏT arasında korrupsiyaya qarşı mübarizə üzrə əməkdaşlıq müzakirə olundu - FOTO

Pyerluici Kollina Bakıda - VİDEO

Pyerluici Kollina Bakıda - VİDEO

Tramp bu şəxslərə 1 milyon dollar VƏD ETDİ

Tramp bu şəxslərə 1 milyon dollar VƏD ETDİ

“Kayrat”ın baş məşqçisi İSTEFA VERDİ

“Kayrat”ın baş məşqçisi İSTEFA VERDİ

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında mühüm sənəd imzalanıb - FOTO

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında mühüm sənəd imzalanıb - FOTO

Oktyabrın sonunda şanslı olacaq BÜRCLƏR

Oktyabrın sonunda şanslı olacaq BÜRCLƏR

Canni İnfantino Hövsan Yarış Kompleksində - FOTO

Canni İnfantino Hövsan Yarış Kompleksində - FOTO

Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terrordan 6 il ötür

Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terrordan 6 il ötür

Uzunömürlülüklə bağlı iki məşhur mif təkzib edildi – ARAŞDIRMA

Uzunömürlülüklə bağlı iki məşhur mif təkzib edildi – ARAŞDIRMA

Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişafı müzakirə edildi - FOTO

Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişafı müzakirə edildi - FOTO

Mədəkiçiltmə etdirdiyini etiraf etdi - VİDEO

Mədəkiçiltmə etdirdiyini etiraf etdi - VİDEO

Sürücülərə XƏBƏRDARLIQ – Bu yollarda təmir işləri başlayır

Sürücülərə XƏBƏRDARLIQ – Bu yollarda təmir işləri başlayır

İran: “ABŞ-ın təhdidləri dünya ölkələrinə ciddi təsir göstərmir”

İran: “ABŞ-ın təhdidləri dünya ölkələrinə ciddi təsir göstərmir”

Leyla Əliyeva Şamaxıda “Capybara Azerbaijan” fermasında olub - FOTO

Leyla Əliyeva Şamaxıda “Capybara Azerbaijan” fermasında olub - FOTO

“iPhone Duo” istifadəçiləri ŞİKAYƏT EDİR: Qatlana bilən ekranlarda nasazlıq yaranıb

“iPhone Duo” istifadəçiləri ŞİKAYƏT EDİR: Qatlana bilən ekranlarda nasazlıq yaranıb

Rövşən Nəcəfin bu addımı maraqla qarşılandı - VİDEO

Rövşən Nəcəfin bu addımı maraqla qarşılandı - VİDEO

Biznesin gündəmi artıq BİR ÜNVANDA — “1business.media” fəaliyyətə başladı

Biznesin gündəmi artıq BİR ÜNVANDA — “1business.media” fəaliyyətə başladı

Şamaxıda Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub - FOTO

Şamaxıda Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub - FOTO

End of content

No more pages to load

RADİO