İrandan atılan raket və dronların əksəriyyəti zərərsizləşdirilib - YENİLƏNİB - VİDEO

İran İsrailə 200-dən çox raket və pilotsuz uçuş aparatı atıb.

Bizim.Media xəbər verir ki, bunu İsrail ordusunun nümayəndəsi Daniel Hagari brifinqdə bildirib. O qeyd edib ki, raket və dronların əksəriyyəti zərərsizləşdirilib.

Onun sözlərinə görə, hücum nəticəsində bir hərbi baza kiçik ziyan görüb.

Daniel Hagari onu da əlavə edib ki, İsrail Hərbi Hava Qüvvələri İran dronlarını və raketlərini zərərsizləşdirməkdə davam edir: “Bir daha təkrar etmək istəyirəm: biz danışarkən, İsrail Hərbi Hava Qüvvələrinin təyyarələri ölkəmizə doğru gələn ballistik raketləri zərərsizləşdirir. Lakin biz hələ deyə bilmərik ki, hadisə (hücum – red.) başa çatıb”, - deyə o, brifinqdə bildirib.

 

02:52

 

İranın yüzdən çox pilotsuz təyyarəsi ABŞ tərəfindən İsrailin hava məkanından kənarda zərərsizləşdirilib.

Bizim.Media xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb.

İranın BMT-dəki nümayəndəliyi isə İsrailə qarşı hücumun yekunlaşdığını bildirərək, ABŞ-ı münaqişədən kənarda qalması ilə bağlı xəbərdarlıq edib. Nümayəndəliyin “X” sosial şəbəkəsindəki paylaşımda deyilir ki, bu, İranın Dəməşqdəki diplomatik korpusuna hücuma cavabdır.

 

01:55

 

İran İsrailə ballistik raketlər atıb.

Bizim.Media xəbər verir ki, bu barədə İRNA agentliyi mənbələrə istinadən məlumat yayıb.

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) da İsrailin pilotsuz təyyarə və raketlərlə atəşə tutulduğunu təsdiqləyib.

 

00:42

 

İsrail ordusu İrandan İsrailə istiqamətlənən bütün dronları izləyir.

Bizim.Media xəbər verir ki, bu barədə İsrail ordusunun bəyanatında bildirilib.

“Havadan müdafiə kompleksi ölkənin səmasını qorumaq missiyasını yerinə yetirən Hərbi Hava Qüvvələrinin təyyarələri və Hərbi Dəniz Qüvvələrinin gəmiləri ilə eyni vaxtda yüksək hazırlıq vəziyyətindədir. İsrail ordusu bütün hədəfləri izləyir”, - deyə qeyd olunub.

İsrail ordusunun müdafiə sistemləri döyüş hazırlığı vəziyyətinə gətirilib, onlarla təyyarə səmadadır və ABŞ ilə sıx koordinasiya qurulub.

 

00:18

 

İran tərəfi İsrailə onlarla pilotsuz uçuş aparatı istiqamətləndirib.

Bizim.Media “Jerusalem Post” qəzetinə istinadla xəbər verir ki, bu barədə ABŞ və İsrail kəşfiyyatından bildirilib.

Qeyd olunub ki, dronlar İsrailə bir neçə saata çatacaq.

 

00:04

 

İran İsrailə pilotsuz təyyarə ilə hücum edib.

Bizim.Media TASS-a istinadla xəbər verir ki, bu barədə “KAN” radiosu məlumat yayıb.

Hələlik hücumun təfərrüatları açıqlanmayıb.

Qeyd edək ki, İsrail ordusu bu gün Hava Hücumundan Müdafiə Sistemlərinin aktiv hala gətirildiyini, bütün təhsil müəssisələrinin fəaliyyətinin isə müvəqqəti dayandırıldığını bildirmişdi.

 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Sevgidən başlarını ən tez itirən BÜRCLƏR

Sevgidən başlarını ən tez itirən BÜRCLƏR

Azərbaycanda 3.8 milyard kubmetr su itkiyə gedir

Azərbaycanda 3.8 milyard kubmetr su itkiyə gedir

Argentina “10” nömrəsini kimə həvalə edəcək?

Argentina “10” nömrəsini kimə həvalə edəcək?

Toyuq ətini əvəz edən qida - Tərkibində 25 faiz zülal var

Toyuq ətini əvəz edən qida - Tərkibində 25 faiz zülal var

"Sabah" braziliyalı futbolçu transfer etdi

"Sabah" braziliyalı futbolçu transfer etdi

ABŞ-nin İrana zərbəsi toy məclisinə düşdü – Ölənlər var

ABŞ-nin İrana zərbəsi toy məclisinə düşdü – Ölənlər var

Bakının bu ərazilərində işıq olmayacaq

Bakının bu ərazilərində işıq olmayacaq

Zelenski: “Ukrayna Rusiya istiqamətində zərbələri dayandıracaq”

Zelenski: “Ukrayna Rusiya istiqamətində zərbələri dayandıracaq”

Bakı metrosunun 4 stansiyası ilə bağlı şad xəbər - RƏSMİ

Bakı metrosunun 4 stansiyası ilə bağlı şad xəbər - RƏSMİ

İran Hörmüz boğazının bağlandığını ELAN ETDİ

İran Hörmüz boğazının bağlandığını ELAN ETDİ

Qeyri-rəsmi yaşadığı kişi tərəfindən vəhşicəsinə döyüldü

Qeyri-rəsmi yaşadığı kişi tərəfindən vəhşicəsinə döyüldü

"Elə bil, bütün kişilər tək bir qadınla evlənir"

"Elə bil, bütün kişilər tək bir qadınla evlənir"

Filippində güclü zəlzələ oldu

Filippində güclü zəlzələ oldu

Bu icra başçıları pensiya alır - Adlar

Bu icra başçıları pensiya alır - Adlar

İran ABŞ-nin Yaxın Şərqdəki bazalarına hücuma BAŞLADI

İran ABŞ-nin Yaxın Şərqdəki bazalarına hücuma BAŞLADI

Ən qonaqpərvər ÜÇ BÜRC

Ən qonaqpərvər ÜÇ BÜRC

Nikol Paşinyan Putinlə görüşün təfərrüatını açıqladı - VİDEO

Nikol Paşinyan Putinlə görüşün təfərrüatını açıqladı - VİDEO

Polina Rəhimova Azərbaycan millisindəki karyerasını bitirdi

Polina Rəhimova Azərbaycan millisindəki karyerasını bitirdi

Röyanın keçmiş qayınatası həbsdən çıxdı - FOTO

Röyanın keçmiş qayınatası həbsdən çıxdı - FOTO

Bakıda qardaş və bacı bir-birini bıçaqladı

Bakıda qardaş və bacı bir-birini bıçaqladı

“Uşaqları zəhərləyirlər, adamın ürəyi götürmür...” - Bağçadakı qalmaqalın detalları - VİDEO

“Uşaqları zəhərləyirlər, adamın ürəyi götürmür...” - Bağçadakı qalmaqalın detalları - VİDEO

İran ABŞ-ni cavab zərbəsi ilə HƏDƏLƏDİ

İran ABŞ-ni cavab zərbəsi ilə HƏDƏLƏDİ

Azərbaycan və Əlcəzair parlament rəhbərləri görüşdü - Detallar

Azərbaycan və Əlcəzair parlament rəhbərləri görüşdü - Detallar

Sürücülərin nəzərinə: Bakının bu küçələri bağlanır

Sürücülərin nəzərinə: Bakının bu küçələri bağlanır

End of content

No more pages to load

RADİO