Avropa Parlamentində KORRUPSİYA SKANDALI – Rusiyadan rüşvət alan şəbəkə İFŞA OLUNDU  

Belçika Federal Prokurorluğu Avropanın Ukraynaya dəstəyini zəiflətmək üçün Moskvadan maliyyə vəsaiti almaqda şübhəli bilinən Avropa Parlamentinin bir sıra üzvləri ilə bağlı araşdırmalara başlayıb.

Bizim.Media “Deutsche Welle” nəşrinə istinadən xəbər verir ki,  Belçikanın baş naziri Alexander De Croo aprelin 12-də Brüsseldə jurnalistlərlə görüşündə ölkənin federal prokurorluğunun iyunun əvvəlində keçiriləcək Avropa seçkilərinə Rusiyanın müdaxiləsi ilə bağlı araşdırmaya başladığını bildirib.

De Croo qeyd edib ki, Belçika xüsusi xidmət orqanları Avropada Ukraynaya dəstəyi sarsıtmaq məqsədi ilə fəaliyyət göstərən Rusiya kəşfiyyat şəbəkəsinin mövcudluğunu təsdiqləyib .

“Moskvanın məqsədi Avropa Parlamentinə mümkün qədər çox rusiyapərəst namizədin seçilməsinə kömək etmək və bu qurumda rusiyapərəst mövqeyi gücləndirməkdir”, - Belçikanın baş naziri deyib. 
İlkin araşdırmalara görə, Avropa Parlamentinin üzvlərinə Avropanın Ukraynaya dəstəyini zəiflətməyə yönəlmiş Rusiya təbliğatını yaymaq üçün pul təklif edilib
İstintaqın fonu

Məlumat üçün bildirək ki, martın sonunda Avropa Parlamentinin bir neçə üzvü Rusiyanın avropalı siyasətçilərə rüşvət verməsi iddiası ilə bağlı araşdırma aparılmasını tələb edib. Belə ki, “Yeniləşən Avropa” fraksiyasının rəhbəri, fransalı Valeri Aye AP rəhbəri Roberta Metsolaya yazdığı məktubda bu məsələ ilə bağlı “dərhal və şəffaf” daxili araşdırma aparılmasını tələb edib.

“Əgər qarşıdan gələn seçkilərdə vəzifədə olan deputatlar və ya namizədlər Rusiya hökumətindən və ya onun etibarlı şəxslərindən pul alıbsa, onlar ifşa edilməli və onlara qarşı tədbir görülməlidir”, - Aye məktubda bildirib.

“Yeniləşən Avropa” fraksiyası isə bu məsələ ilə bağlı parlamenti təcili müzakirəyə çağırıb.Yaşıllar qrupunun həmsədri alman Terri Reintke baş verənləri “demokratiyanın mahiyyətinə hücum” adlandırıb. “Vladimir Putin Ukraynadakı müharibəyə görə məsuliyyətdən belə yayınmağa çalışır”, deyə o deyib.

Rusiya təbliğatı və siyasətçilərin rüşvətxorluğu

Qeyd edək ki, iki gün əvvəl Çexiya hakimiyyəti Avropada Rusiya təbliğatını yaymaqla və avropalı siyasətçilərə rüşvət verməklə məşğul olan Rusiya tərəfindən maliyyələşdirilən şəbəkəsinin ifşa olunduğunu bildirib. Həmin gün Almaniyanın “Der Spiegel” nəşri və Çexiyanın “Denik N” qəzeti hadisənin təfərrüatlarını dərc edib. 

Mənbələrin fikrincə, Rusiyayönümlü korrupsiya sxemin əsas hissəsini “Avropanın Səsi” xəbər saytı təşkil edir. Şəbəkənin başında isə rusyönümlü ukraynalı siyasətçi Viktor Medvedçuk və köməkçisi Artem Marçevski dayanır. 

Belə ki, “Avropanın Səsi” internet saytında müntəzəm olaraq avropalı siyasətçilərin Ukraynaya yardımı dayandırmağa yönələn çağırışları dərc olunub. Bu çağırışların müəlliflərindən bəzilərinə bunun üçün pul ödənilib. Nəşrin məlumatına görə, Almaniya , Belçika, Fransa, Macarıstan, Hollandiya və Polşadan olan bir sıra siyasətçilər bu kampaniyaya qoşulublar.
Nüfuzlu “Politico” nəşri Avropanın Səsi radiosunda çıxış edən 16 Aİ millət vəkilinin müəyyən edildiyini və onların hamısının ifrat sağçı siyasətçilər olduğunu bildirib. Lakin onların konkret adları açıqlanmayıb.

Xatırladaq ki, iyunun 6-dan 9-dək Aİ ölkələrində Avropa Parlamentinə seçkilər keçiriləcək.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycanda toylar üçün yeni şərtlər: 2 saat, maksimum 100 nəfər

Azərbaycanda toylar üçün yeni şərtlər: 2 saat, maksimum 100 nəfər

Bu şəhər sürətlə yerin altına batır - Milyonlarla əhalisi var

Bu şəhər sürətlə yerin altına batır - Milyonlarla əhalisi var

Sevgidən başlarını ən tez itirən BÜRCLƏR

Sevgidən başlarını ən tez itirən BÜRCLƏR

Azərbaycanda 3.8 milyard kubmetr su itkiyə gedir

Azərbaycanda 3.8 milyard kubmetr su itkiyə gedir

Argentina “10” nömrəsini kimə həvalə edəcək?

Argentina “10” nömrəsini kimə həvalə edəcək?

Toyuq ətini əvəz edən qida - Tərkibində 25 faiz zülal var

Toyuq ətini əvəz edən qida - Tərkibində 25 faiz zülal var

"Sabah" braziliyalı futbolçu transfer etdi

"Sabah" braziliyalı futbolçu transfer etdi

ABŞ-nin İrana zərbəsi toy məclisinə düşdü – Ölənlər var

ABŞ-nin İrana zərbəsi toy məclisinə düşdü – Ölənlər var

Bakının bu ərazilərində işıq olmayacaq

Bakının bu ərazilərində işıq olmayacaq

Zelenski: “Ukrayna Rusiya istiqamətində zərbələri dayandıracaq”

Zelenski: “Ukrayna Rusiya istiqamətində zərbələri dayandıracaq”

Bakı metrosunun 4 stansiyası ilə bağlı şad xəbər - RƏSMİ

Bakı metrosunun 4 stansiyası ilə bağlı şad xəbər - RƏSMİ

İran Hörmüz boğazının bağlandığını ELAN ETDİ

İran Hörmüz boğazının bağlandığını ELAN ETDİ

Qeyri-rəsmi yaşadığı kişi tərəfindən vəhşicəsinə döyüldü

Qeyri-rəsmi yaşadığı kişi tərəfindən vəhşicəsinə döyüldü

"Elə bil, bütün kişilər tək bir qadınla evlənir"

"Elə bil, bütün kişilər tək bir qadınla evlənir"

Filippində güclü zəlzələ oldu

Filippində güclü zəlzələ oldu

Bu icra başçıları pensiya alır - Adlar

Bu icra başçıları pensiya alır - Adlar

İran ABŞ-nin Yaxın Şərqdəki bazalarına hücuma BAŞLADI

İran ABŞ-nin Yaxın Şərqdəki bazalarına hücuma BAŞLADI

Ən qonaqpərvər ÜÇ BÜRC

Ən qonaqpərvər ÜÇ BÜRC

Nikol Paşinyan Putinlə görüşün təfərrüatını açıqladı - VİDEO

Nikol Paşinyan Putinlə görüşün təfərrüatını açıqladı - VİDEO

Polina Rəhimova Azərbaycan millisindəki karyerasını bitirdi

Polina Rəhimova Azərbaycan millisindəki karyerasını bitirdi

Röyanın keçmiş qayınatası həbsdən çıxdı - FOTO

Röyanın keçmiş qayınatası həbsdən çıxdı - FOTO

Bakıda qardaş və bacı bir-birini bıçaqladı

Bakıda qardaş və bacı bir-birini bıçaqladı

“Uşaqları zəhərləyirlər, adamın ürəyi götürmür...” - Bağçadakı qalmaqalın detalları - VİDEO

“Uşaqları zəhərləyirlər, adamın ürəyi götürmür...” - Bağçadakı qalmaqalın detalları - VİDEO

İran ABŞ-ni cavab zərbəsi ilə HƏDƏLƏDİ

İran ABŞ-ni cavab zərbəsi ilə HƏDƏLƏDİ

End of content

No more pages to load

RADİO