Ukrayna demokrafik UÇURUMDA - Doğum sayında DƏHŞƏTLİ RƏQƏMLƏR ortaya çıxıb

Ukrayna mətbuatında yer alan məlumatlar araşdırılıb. Araşdırma nəticəsində ölkə əhalisi ilə bağlı dəhşətli mənzərə üzə çıxıb.

Bizim.Media Ukrayna mətbuatına istinadən xəbər verir ki, ötən il ölkə üzrə cəmi 187 min uşaq doğulub.

Bildirilib ki, bu rəqəmə Avropada və Rusiyanın ilhaq etdiyi ərazilərdə doğulan körpələr də aiddir.

KİV-in məlumatına görə, ölkədə bu sayda uşaq 300 il öncə doğulub.

Qeyd olunub ki, hətta 18-ci əsrdə 5,7 milyonluq əhalinin təxminən 280 mini yeni doğulan körpədən ibarət olub.

Bəzi siyasətçilər ölkənin hazırda demoqrafik uçurumun astanasında olduğunu bildiriblər.Ölkə əhalisinin 2022-ci ildən sonra ölkədən köçənlər hesabına sürətlə azaldığı və yaxın illərdə Ukraynada cəmi 19 milyon insanın qalacağı vurğulanıb.

Xüsusilə, ölkədə ilk qarşıdurmaların başladığı 2014-cü ildən başlayan köç Rusiya ordusunun ölkənin şərqinə daxil olması ilə pik həddinə çatıb. Milyonlarla ukraynalı Avropaya və ya Rusiyaya köçüb. Yüz minlərlə insan cəbhəyə göndərilib. Bütün bu amillər ölkədə əhali böhranına səbəb olub.

Müharibədən öncə başlayan böhran

Ukrayna müharibə başlamazdan əvvəl artıq demoqrafik böhran yaşayıb. Avropanın ən kasıb ölkəsi olaraq, işçi qüvvəsinin beşdə biri Avropa ölkələri və Rusiyada daha yaxşı maaşlı iş axtarmaq üçün ölkəni tərk edib. Üstəlik, 2022-ci ildə doğuş əmsalı hər qadın üçün 1,4 təşkil edib ki, bu da itirilmiş əhalinin yerini doldurmağa kifayət etmir.

Ukraynada müharibənin başlaması ilə vəziyyət daha da pisləşib. Belə ki, Ukraynada 2000-ci ildən bəri rəsmi siyahıyaalma aparılmadığı üçün müharibədən əvvəlki 45 milyon nəfərlik rəqəm artıq mübahisəli idi. Ukrayna 2000-ci ildəki son siyahıyaalmadan sonra vətəndaşların sayının təxminən 5 milyon nəfər azalaraq 2020-ci ildə 37,289 milyon nəfərə düşüb. Aİ Statistika Agentliyi 2018-ci ildə əhalinin real sayının 37,98 milyon nəfər təşkil etdiyini təxmin edib.

Durum daha da pisləşdi

Müharibə milyonlarla insanı qonşu ölkələrə deportasiya edərək demoqrafik durumu daha da pisləşdirib. Müharibədən əvvəl iqtisadi səbəblərdən ölkəni tərk edən təqribən 6 milyon insandan əlavə, Rusiya ölkəni işğal etdikdən sonra daha 8 milyon insan ölkəni tərk edib. Onların əksəriyyəti qadınlar və uşaqlardır ki, bu da doğum səviyyəsini daha da aşağı salıb. Hələlik ölkədən gedən qaçqınların ümumi sayını təxmin etmək mümkün deyil.

Ukraynada cəmi 9,5 milyon vətəndaşın işlə təmin olunduğu təxmin edilir. Dövlət işçiləri xaric edildikdə bu rəqəm 6-7 milyona düşür. Hesablamalara görə, hazırda 8,6 milyon vətəndaş xaricdə yaşayır və doğuş nisbəti müharibənin başlanmasından bəri 1,0-dan aşağı düşərək narahatlıq yaradıb.

Təxmini hesablamalara görə, yaxın gələcəkdə heç bir irəliləyiş olmasa, təqaüdçülərin sayı Ukraynada işləyən əhalinin sayından iki dəfə çox olacaq.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ölməzlik arxasınca qaçan amerikalı xəstə imiş - FOTO

Ölməzlik arxasınca qaçan amerikalı xəstə imiş - FOTO

Evlərinin çardağında sərvət varmış - 100 il sonra tapıldı

Evlərinin çardağında sərvət varmış - 100 il sonra tapıldı

72 kiloqram arıqlayan müğənni tanınmaz halda - FOTO

72 kiloqram arıqlayan müğənni tanınmaz halda - FOTO

FIFA ABŞ millisinin futbolçusuna güzəşt etdi

FIFA ABŞ millisinin futbolçusuna güzəşt etdi

Tut yesəniz, orqanizminizdə bunlar olacaq

Tut yesəniz, orqanizminizdə bunlar olacaq

40 yaşdan sonra kişilər bunu etməlidir

40 yaşdan sonra kişilər bunu etməlidir

Məhərrəm ayı nə vaxt başa çatır?

Məhərrəm ayı nə vaxt başa çatır?

Rusiya SOCAR-ın Nikolayev vilayətindəki yanacaqdoldurma məntəqəsinə dron zərbəsi endirdi - FOTO

Rusiya SOCAR-ın Nikolayev vilayətindəki yanacaqdoldurma məntəqəsinə dron zərbəsi endirdi - FOTO

Tramp FİFA-ya təşəkkür etdi - FOTO

Tramp FİFA-ya təşəkkür etdi - FOTO

Braziliya Norveçə qarşı - Matç saat 00:00-da başlayacaq

Braziliya Norveçə qarşı - Matç saat 00:00-da başlayacaq

"Van Damm" heykəli yenidən öz yerində - VİDEO

"Van Damm" heykəli yenidən öz yerində - VİDEO

Vens: "Rusiyanın hücum imkanları artıq sıfıra yaxındır"

Vens: "Rusiyanın hücum imkanları artıq sıfıra yaxındır"

Britaniya XİN-in əməkdaşlarının elektron poçtları sındırıldı

Britaniya XİN-in əməkdaşlarının elektron poçtları sındırıldı

İsrail ordusu Livanda "Hizbullah"a zərbə endirdi - VİDEO

İsrail ordusu Livanda "Hizbullah"a zərbə endirdi - VİDEO

Misir öz "Pentaqon"unu istifadəyə verdi - VİDEO

Misir öz "Pentaqon"unu istifadəyə verdi - VİDEO

Zelenski: "Rusiya Ukraynaya yeni kütləvi zərbə endirməyə hazırlaşır" - VİDEO

Zelenski: "Rusiya Ukraynaya yeni kütləvi zərbə endirməyə hazırlaşır" - VİDEO

Kabo-Verde millisi vətənə qayıtdı: Qəhrəman kimi qarşılandılar - VİDEO

Kabo-Verde millisi vətənə qayıtdı: Qəhrəman kimi qarşılandılar - VİDEO

Tramp Ankarada Zelenski və Əl Şaraa ilə görüşəcək

Tramp Ankarada Zelenski və Əl Şaraa ilə görüşəcək

Britaniya Müdafiə Nazirliyinin gizli sənədləri zibillikdən tapıldı - FOTO

Britaniya Müdafiə Nazirliyinin gizli sənədləri zibillikdən tapıldı - FOTO

Sürücü ana və iki uşağını vurdu - 3 yaşlı uşaq həlak oldu

Sürücü ana və iki uşağını vurdu - 3 yaşlı uşaq həlak oldu

Çin avtomobilləri qadağan edildi: Casus proqramları yerləşdirilib

Çin avtomobilləri qadağan edildi: Casus proqramları yerləşdirilib

Sankt-Peterburqda azərbaycanlı yazıçı vəfat etdi - FOTO

Sankt-Peterburqda azərbaycanlı yazıçı vəfat etdi - FOTO

Cüdoçularımız Avropa Kubokunu 9 medalla tamamladı - FOTO

Cüdoçularımız Avropa Kubokunu 9 medalla tamamladı - FOTO

Messi jurnalistlə eşq macərası yaşadığına dair şayiələrə son nöqtəni qoydu - FOTO

Messi jurnalistlə eşq macərası yaşadığına dair şayiələrə son nöqtəni qoydu - FOTO

End of content

No more pages to load

RADİO