Ərdoğan bir sıra dövlət və hökumət başçılarını təbrik edib

Aprelin 9-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın başda Azərbaycan Prezidenti İlham Əliyev olmaqla, Pakistanın Baş naziri Şahbaz Şərif, Omanın Sultanı Heytəm bin Tariq Al Səid, İraqın Prezidenti Əbdüllətif Camal Rəşid və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ilə telefon danışıqları olub.

Bizim.Media xəbər verir ki, Ərdoğan ilə Prezident İlham Əliyev danışıq zamanı Azərbaycan-Türkiyə dostluq, qardaşlıq və müttəfiqlik əlaqələrinin gələcəkdə də bütün sahələrdə inkişaf edəcəyinə və möhkəmlənəcəyinə əminliklərini bildiriblər, əməkdaşlığımızın perspektivləri ilə bağlı fikir mübadiləsi aparıblar.

Daha sonra Ərdoğanın Pakistanın Baş naziri Şahbaz Şəriflə telefon danışığı olub. Söhbət zamanı Türkiyə ilə Pakistan arasında ikitərəfli əlaqələr və qlobal məsələlər müzakirə edilib.

Prezident Ərdoğan Pakistanda baş verən son terror aktlarında həyatını itirənlərə rəhmət, yaxınlarına başsağlığı diləyib. O, Pakistanın dövlət təcrübəsi ilə bu çətin dövrdən də çıxacağına inamını ifadə edib.

Omanın Sultanı Heytəm bin Tariq Al Səid ilə Türkiyə Prezidenti arasında baş tutan telefon danışığı zamanı ikitərəfli münasibətlərlə yanaşı İsrail-Fələstin qarşıdurması ilə bağlı da fikir mübadiləsi aparılıb.

Türkiyə Prezidenti İsrail ilə Fələstin arasında təcili atəşkəsin təmin edilməsi və bölgəyə humanitar yardımların lazımi miqdarda çatdırılması istiqamətində səylərin artaraq davam etdirilməsinin zəruriliyini vurğulayıb.

Sonra Türkiyə dövlətinin başçısı ilə İraqın Prezidenti Əbdüllətif Camal Rəşid arasında telefon danışığı olub. İki lider Türkiyə ilə İraq arasındakı əlaqələr, terrorla mübarizə, İnkişaf Yolu Layihəsi və regional məsələləri müzakirə ediblər.
Daha bir telefon danışığı Türkiyə Prezidenti ilə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev arasında baş tutub. Söhbət zamanı qlobal və regional məsələlər, həmçinin Türkiyə ilə Özbəkistan arasında ikitərəfli münasibətlər ətrafında fikir mübadiləsi aparılıb.

Prezident Ərdoğan iki ölkə arasındakı əlaqələrin nümunəvi xarakter daşıdığını və qarşıdakı dövrdə bu münasibətləri daha da dərinləşdirəcək addımlar atmaqda qərarlı olduğunu bildirib.

Türkiyə Prezidenti həmsöhbətlərini Ramazan bayramı münasibətilə təbrik edib, xalqlara firavanlıq arzularını çatdırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Messinin xanımından əri ilə bağlı PAYLAŞIM

Messinin xanımından əri ilə bağlı PAYLAŞIM

Azərbaycanda toylar üçün yeni şərtlər: 2 saat, maksimum 100 nəfər

Azərbaycanda toylar üçün yeni şərtlər: 2 saat, maksimum 100 nəfər

Bu şəhər sürətlə yerin altına batır - Milyonlarla əhalisi var

Bu şəhər sürətlə yerin altına batır - Milyonlarla əhalisi var

Sevgidən başlarını ən tez itirən BÜRCLƏR

Sevgidən başlarını ən tez itirən BÜRCLƏR

Azərbaycanda 3.8 milyard kubmetr su itkiyə gedir

Azərbaycanda 3.8 milyard kubmetr su itkiyə gedir

Argentina “10” nömrəsini kimə həvalə edəcək?

Argentina “10” nömrəsini kimə həvalə edəcək?

Toyuq ətini əvəz edən qida - Tərkibində 25 faiz zülal var

Toyuq ətini əvəz edən qida - Tərkibində 25 faiz zülal var

"Sabah" braziliyalı futbolçu transfer etdi

"Sabah" braziliyalı futbolçu transfer etdi

ABŞ-nin İrana zərbəsi toy məclisinə düşdü – Ölənlər var

ABŞ-nin İrana zərbəsi toy məclisinə düşdü – Ölənlər var

Bakının bu ərazilərində işıq olmayacaq

Bakının bu ərazilərində işıq olmayacaq

Zelenski: “Ukrayna Rusiya istiqamətində zərbələri dayandıracaq”

Zelenski: “Ukrayna Rusiya istiqamətində zərbələri dayandıracaq”

Bakı metrosunun 4 stansiyası ilə bağlı şad xəbər - RƏSMİ

Bakı metrosunun 4 stansiyası ilə bağlı şad xəbər - RƏSMİ

İran Hörmüz boğazının bağlandığını ELAN ETDİ

İran Hörmüz boğazının bağlandığını ELAN ETDİ

Qeyri-rəsmi yaşadığı kişi tərəfindən vəhşicəsinə döyüldü

Qeyri-rəsmi yaşadığı kişi tərəfindən vəhşicəsinə döyüldü

"Elə bil, bütün kişilər tək bir qadınla evlənir"

"Elə bil, bütün kişilər tək bir qadınla evlənir"

Filippində güclü zəlzələ oldu

Filippində güclü zəlzələ oldu

Bu icra başçıları pensiya alır - Adlar

Bu icra başçıları pensiya alır - Adlar

İran ABŞ-nin Yaxın Şərqdəki bazalarına hücuma BAŞLADI

İran ABŞ-nin Yaxın Şərqdəki bazalarına hücuma BAŞLADI

Ən qonaqpərvər ÜÇ BÜRC

Ən qonaqpərvər ÜÇ BÜRC

Nikol Paşinyan Putinlə görüşün təfərrüatını açıqladı - VİDEO

Nikol Paşinyan Putinlə görüşün təfərrüatını açıqladı - VİDEO

Polina Rəhimova Azərbaycan millisindəki karyerasını bitirdi

Polina Rəhimova Azərbaycan millisindəki karyerasını bitirdi

Röyanın keçmiş qayınatası həbsdən çıxdı - FOTO

Röyanın keçmiş qayınatası həbsdən çıxdı - FOTO

Bakıda qardaş və bacı bir-birini bıçaqladı

Bakıda qardaş və bacı bir-birini bıçaqladı

“Uşaqları zəhərləyirlər, adamın ürəyi götürmür...” - Bağçadakı qalmaqalın detalları - VİDEO

“Uşaqları zəhərləyirlər, adamın ürəyi götürmür...” - Bağçadakı qalmaqalın detalları - VİDEO

End of content

No more pages to load

RADİO