İranda gərginlik PİK HƏDDƏ – “48 saat ərzində müharibə başlaya bilər”

İran daxilində yenidən gərginlik yaranıb. Aprelin 3-də İranın Çabəhar, Sərbaz və Rask şəhərlərində silahlılar polis bölməsinə hücum ediblər.

Bu barədə "Azad İran" telegram kanalı məlumat yayıb.

Məlumatda qeyd olunur ki, silahlı şəxslər Çabəhar şəhərində 12 saylı polis bölməsi də daxil olmaqla iki hərbi qərargaha hücum ediblər.

Silahlı hücumun İran hökumətinə müxalif "Ceyş-əl-Ədl" və "Ceyş-əzzülm" qruplaşmaları tərəfindən həyata keçirildiyi bildirilir.

Sistan və Bəlucistan vilayətinin Çabahar və Rask şəhərlərində törədilən terror aktlarında 5 terrorçu zərərsizləşdirilib, 5 təhlükəsizlik qüvvəsinin əməkdaşı isə həlak olub. Ölənlər arasında Çabahar şəhərinin polis bölməsinin rəis müavini də var.

Görəsən, İranda nə baş verir?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Tofiq Abbasov bildirir ki, Dəməşqdəki İran konsulluğuna edilən zərbədən sonra bu ölkədəki bir sıra polis və hərbi bölmələrə hücumların  başlaması İsrailin özünəxas qabaqlayıcı addımlar atdığının göstəricisidir:

“Hələ ki, İrandan belə məlumatlar gəlməyib. Amerika, Avropa, eləcə də İsrailin rəsmi dairələrinə yaxın etibarlı mənbələr qarşıdakı 48 saat ərzində Tehranla Təl-Əviv arasında müharibənin başlayacağını bildirirlər. Söhbət ondan gedir ki, İran dronlar, uçan aparatlar, raketlər vasitəsilə İsrailə hücum edəcək. Bu müstəvidə İrandakı bir sıra polis və hərbi bölmələrə hücumlar başlayıbsa, o deməkdir ki, İsrail özünə xas olan qabaqlayıcı addım atır.

İsrailin İranda güclü agentura şəbəkəsi mövcuddur.

İsrailin buradakı mənbələri iranlı alimləri öldürür, yerli əhalini ələ alırlar. Yəni özünə məxsus təbliğat-təşviqat, həm də pozucu işlərlə məşğuldurlar. İranda yaşanan bu qarşıdurma onu göstərir ki, İsrail düşməni qabaqlamaq üçün yenə də əvvəllər istifadə etdiyi taktikadan yararlanmaq istəyir. 1967 və 1973-cü illərdə də anoloji proseslər baş verib. Həmin dövrdə İsrail ərəblərin hücumunu gözləmədən özü hücuma atıldı və onları yaxaladı”.

Amma həmsöhbətimiz İranla bağlı bu prosesin gerçəkləşə biləcəyini düşünmür:

“Çünki İran ərəb ölkəsi deyil və onun güclü potensialı var. İran mövcud durumda cavab vermək lazım olduğu qərarına gəlsə, İsrailin vəziyyəti çox ağır olacaq. Nəhayət İsrail ətrafındakı ərəb ölkələri də İsraiilə köhnə haqq-hesablarını çürütməyə başlayacaqlar”. 

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tez-tez duzlu və ya şirniyyat yemək istəyirsiniz? - Sağlamlığınızda problem var

Tez-tez duzlu və ya şirniyyat yemək istəyirsiniz? - Sağlamlığınızda problem var

Messinin xanımından əri ilə bağlı PAYLAŞIM

Messinin xanımından əri ilə bağlı PAYLAŞIM

Azərbaycanda toylar üçün yeni şərtlər: 2 saat, maksimum 100 nəfər

Azərbaycanda toylar üçün yeni şərtlər: 2 saat, maksimum 100 nəfər

Bu şəhər sürətlə yerin altına batır - Milyonlarla əhalisi var

Bu şəhər sürətlə yerin altına batır - Milyonlarla əhalisi var

Sevgidən başlarını ən tez itirən BÜRCLƏR

Sevgidən başlarını ən tez itirən BÜRCLƏR

Azərbaycanda 3.8 milyard kubmetr su itkiyə gedir

Azərbaycanda 3.8 milyard kubmetr su itkiyə gedir

Argentina “10” nömrəsini kimə həvalə edəcək?

Argentina “10” nömrəsini kimə həvalə edəcək?

Toyuq ətini əvəz edən qida - Tərkibində 25 faiz zülal var

Toyuq ətini əvəz edən qida - Tərkibində 25 faiz zülal var

"Sabah" braziliyalı futbolçu transfer etdi

"Sabah" braziliyalı futbolçu transfer etdi

ABŞ-nin İrana zərbəsi toy məclisinə düşdü – Ölənlər var

ABŞ-nin İrana zərbəsi toy məclisinə düşdü – Ölənlər var

Bakının bu ərazilərində işıq olmayacaq

Bakının bu ərazilərində işıq olmayacaq

Zelenski: “Ukrayna Rusiya istiqamətində zərbələri dayandıracaq”

Zelenski: “Ukrayna Rusiya istiqamətində zərbələri dayandıracaq”

Bakı metrosunun 4 stansiyası ilə bağlı şad xəbər - RƏSMİ

Bakı metrosunun 4 stansiyası ilə bağlı şad xəbər - RƏSMİ

İran Hörmüz boğazının bağlandığını ELAN ETDİ

İran Hörmüz boğazının bağlandığını ELAN ETDİ

Qeyri-rəsmi yaşadığı kişi tərəfindən vəhşicəsinə döyüldü

Qeyri-rəsmi yaşadığı kişi tərəfindən vəhşicəsinə döyüldü

"Elə bil, bütün kişilər tək bir qadınla evlənir"

"Elə bil, bütün kişilər tək bir qadınla evlənir"

Filippində güclü zəlzələ oldu

Filippində güclü zəlzələ oldu

Bu icra başçıları pensiya alır - Adlar

Bu icra başçıları pensiya alır - Adlar

İran ABŞ-nin Yaxın Şərqdəki bazalarına hücuma BAŞLADI

İran ABŞ-nin Yaxın Şərqdəki bazalarına hücuma BAŞLADI

Ən qonaqpərvər ÜÇ BÜRC

Ən qonaqpərvər ÜÇ BÜRC

Nikol Paşinyan Putinlə görüşün təfərrüatını açıqladı - VİDEO

Nikol Paşinyan Putinlə görüşün təfərrüatını açıqladı - VİDEO

Polina Rəhimova Azərbaycan millisindəki karyerasını bitirdi

Polina Rəhimova Azərbaycan millisindəki karyerasını bitirdi

Röyanın keçmiş qayınatası həbsdən çıxdı - FOTO

Röyanın keçmiş qayınatası həbsdən çıxdı - FOTO

Bakıda qardaş və bacı bir-birini bıçaqladı

Bakıda qardaş və bacı bir-birini bıçaqladı

End of content

No more pages to load

RADİO