Fransa Liviyanı necə xarabalığa ÇEVİRDİ? – ARAŞDIRMA  

Bir zamanlar “Möcüzələr aləmi” və “Afrikanın incisi” sayılan Liviyada dağıdıcı iğtişaşların başlamasından düz 13 il keçir. Məhz 2011-ci ilin fevral-mart aylarında  Liviyada ölkə başçısı Muammar Qəddafiyə qarşı üsyan başladı. 

Nəzərə alaq ki, Qəddafinin hakimiyyəti dövründə Liviya sürətli inkişaf etmiş və dayanaqlı iqtisadiyyat qurulmuşdu. Bu ölkədəki əhalinin sosial durumuna inkişaf etmiş istənilən ölkənin vətəndaşları qibtə ilə yanaşırdı. Liviya əhalisi 15 il əvvəl dünyada “orta varlı” əhali sayılırdı. Uğurlu siyasət Liviyanı sosial dövlətə çevirmək imkanı vermişdi. 
 

MÖVZU İLƏ BAĞLI:

NATO Makrona "yox" dedi: "Ukraynaya qoşun göndərilməyəcək"


Orada işsizlik üzrə müavinət 900 dinar, benzinin litri isə 0,18 dinar təşkil edirdi. Bu, "üçüncü dünya" ölkəsi üçün qibtə olunacaq qədər yüksək səviyyə idi. Bu da təbii ki, "kollektiv Qərb"i ciddi şəkildə narahat edirdi.

Liviya lideri artan imkanlar sayəsində tədricən beynəlxalq oyunçuya çevrilirdi. 

Məsələn, XXI əsrin əvvəllərində başlayan “rəngli inqilablar”ın əsas maliyyəçilərindən biri Liviya höküməti idi. Məsələn, Qəddafi ailəsinin dostu məşhur biznesmen Ömər Arfuş Qəzzafi çox sonralar yazırdı ki, 2005-ci ildə Ukraynada baş verən “narıncı inqilab”ın əsas sponsoru Qəddafi olub:

“Qəddafidə bununla bağlı sənədlər vardı. Özü deyirdi ki, Ukraynada inqilabı o maliyyələşdirib. O zamanlar Muammarın oğlu Seyf Əl-İslam hər ay Kiyevə uçurdu. Həmin səfərlərin birində mən özüm də onunla birlikdə Ukraynadakı Antonov zavoduna getmişəm. Qəddafi Çinlə Ukrayna arasında da rabitə qururdu. 

Maraqlıdır ki, Ukrayna müxalifəti də tez-tez Qəddafinin qonağı olurdu. Məsələn, 2009-cu ildə Timoşenko Qəddafinin qəbuluna gəldi ki, Yuşşenkonu vəzifəsindən kənarlaşdırsın. Nə təsadüfsə, bu görüşdən cəmi bir il sonra Yuşşenko postunu itirdi”.

Muammar Qəddafi Qərb ölkələrindəki seçkiləri də maliyyələşdirirdi.

Ömər Arfuş yazırdı ki, Qəddafi bir sıra Qərb ölkələrində seçkilərdə əsas sponsor kimi çıxış edirdi. Maraqlıdır ki, bu cür “sponsorluq”lar qeyri-leqal şəkildə aparılırdı. Belə hadisələrdən biri ilə bağlı Liviya liderinin lazım olmayan yerdə lazım olmayan fikirlər söyləməsi onun sonunu gətirdi. Beləki, Qəddafi 2010-cu ilin dekabrında çıxışlarının birində demişdi:
 

“Sarkozi ağıldankəmdir. O, Fransanın prezidenti olduğuna görə mənə minnətdar olmalıdır. Seçkilərdə qələbə çalmaqda yardımçı olan vəsaiti ona biz vermişik”.

Xatırladaq ki, Qəddafi seçki kampaniyası üçün Sarkoziyə 50 milyon(bəzi mənbələrdə bu 100 milyon göstərilir) avro bağışladığını bildirmişdi. Onu da əlavə etmişdi ki, pulu nağd şəklində və şəxsən Sarkozinin özünə verib.

Bu çıxışdan cəmi 2 ay sonra Liviya qarışdı. Maraqlıdır ki, Sarkozi 2011-ci ilin martın 10-da Liviya üsyançılarını və Milli Keçid Şurasını Liviya xalqının yeganə qanuni təmsilçisi kimi tanıdı. Martın 19-da Qərb ölkələrinin Liviyaya qarşı hərbi-hava əməliyyatı başlayanda ilk addımı da Fransa atdı. Fransanın xüsusi təyinatlı birləşməsinə isə Fransa hökumətinin rəsmi nümayəndəsi Stefan Le Fol rəhbərlik edirdi.

Qəddafinin tək günahı “dilinə sahiblik” edə bilməməsi deyildi.

Məlum olduğu kimi İkincü Dünya Müharibəsindən sonra kasıb və səfil gündə olan Fransanı ayağa qaldırmaq üçün Şarl de Qol yenidən Afrikaya üz tutdu. Fransızlar cəmi 15 ilə Afrikanın böyük hissəsinə nəzarəti ələ keçirdi. Məhz həmin illərdən başlayaraq əksər Afrika ölkələri Fransaya xüsusi vergi verməyə başladılar. 

Bundan əlavə Fransa Afrika ölkələrinin iqtisadi müstəqilliyini buxovlamaq üçün “Banque Centrale des États de l 'Afrique de” – CFA adlı valyutasını yaratdı. Ötən əsrin 60-cı illərin əvvəllərindən başlayaraq Afrika ölkələri ancaq bu valyuta ilə işləməyə başladı. Maraqlıdır ki, bu valyuta ilə işləyən ölkələr beynəlxalq bazara çıxanda Fransa frankından istifadə edirlər. Bunun hesabına da Fransa hər il milyardlarla dəyərində frankı Afrika ölkələrinə satırdı. 
 

Diqqət çəkən məqam odur ki, avro dövriyyəyə buraxılandan sonra Fransa özü frankdan imtina etdi. Bunu görən bəzi Afrika dövlətləri də frankdan imtina etmək istədi. Bu məsələnin təşəbbüskarlarından biri də Qəddafi hökuməti idi. 

Qəddafinin devrilməsində və Liviyanın xarabazarlığa çevrilməsində Fransanın xüsusi rolu var. 

Rəsmi Parisə qarşı baş qaldıran və konkret iddialarla çıxış edən Muammar təbii ki, cəzasız qala bilməzdi. Ona görə də Fransa hakimiyyəti Qəddafiyə çox acı və dəhşətli bir sonluq hazırladı. 42 il Liviyada hökmranlıq edən Muammar Qəddafi 2011-ci ilin oktyabr ayının 20-də çox təhqiramiz şəkildə qətlə yetirildi. 

Onun ölümündən sonra da Fransa dayanmadı. Qəddafinin və Liviya dövlətinin Avropa banklarındakı milyardlarla avro vəsaiti Fransa və digər müttəfiqlər tərəfindən ələ keçirildi. Qəddafinin təkcə İsveçrənin "Euroclear Bank"dakı 16 milyard avro pulu “müəmmalı” şəkildə yoxa çıxdı. Bu təkcə bir fakt idi. Bundan başqa Qəddafinin və Liviya dövlətinin Avropada və ABŞ-dakı milyardlarla dollar vəsaiti və daşınmaz əmlakı Fransa və müttəfiq ölkələr tərəfindən talan edilib mənimsənildi.

Bu gün isə Liviyanın durumu göz önündədir…

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Kəmaləddin Heydərov ilk dəfə yeni müavinlərlə bir arada – FOTO

Kəmaləddin Heydərov ilk dəfə yeni müavinlərlə bir arada – FOTO

Hörmüz boğazı NƏ VAXTADƏK bağlı qalacaq?

Hörmüz boğazı NƏ VAXTADƏK bağlı qalacaq?

İsrail: Bir neçə "Hizbullah" döyüşçüsü öldürülüb

İsrail: Bir neçə "Hizbullah" döyüşçüsü öldürülüb

Tramp: İran bir az mehribanlaşıb

Tramp: İran bir az mehribanlaşıb

Sumqayıtda futbol oynayan gənc dünyasını dəyişdi

Sumqayıtda futbol oynayan gənc dünyasını dəyişdi

Vado Korovin qızına təntənəli TOY ETDİ - VİDEO

Vado Korovin qızına təntənəli TOY ETDİ - VİDEO

Nazir türkmənistanlı həmkarı Rəşid Meredov ilə görüşüb

Nazir türkmənistanlı həmkarı Rəşid Meredov ilə görüşüb

Hörmüz boğazından yalnız BU GƏMİLƏRİN keçməsinə üstünlük veriləcək

Hörmüz boğazından yalnız BU GƏMİLƏRİN keçməsinə üstünlük veriləcək

ABŞ-da TORNADO: şəhərlər darmadağın olub

ABŞ-da TORNADO: şəhərlər darmadağın olub

Azərbaycanla Ermənistan arasında sülh prosesini müzakirə etdilər – FOTO

Azərbaycanla Ermənistan arasında sülh prosesini müzakirə etdilər – FOTO

Millimiz Andorranı məğlub etdi

Millimiz Andorranı məğlub etdi

Kiyevdə atışma zamanı ölənlərin sayı 6-ya çatıb

Kiyevdə atışma zamanı ölənlərin sayı 6-ya çatıb

Emindən böyük jest: Bütün qonorarını onlara bağışladı

Emindən böyük jest: Bütün qonorarını onlara bağışladı

“Qarabağ” yenə “Sabah”a uduzdu - VİDEO

“Qarabağ” yenə “Sabah”a uduzdu - VİDEO

Nazir Yaxın Şərqi onunla da müzakirə etdi - FOTO

Nazir Yaxın Şərqi onunla da müzakirə etdi - FOTO

"Teşkilat"ın izləyicilərinə pis xəbər

"Teşkilat"ın izləyicilərinə pis xəbər

Mixail Zabelin yenidən Azərbaycanın Rus İcmasının sədri seçilib - FOTO

Mixail Zabelin yenidən Azərbaycanın Rus İcmasının sədri seçilib - FOTO

Ayandan diqqətçəkən AÇIQLAMA: “Kürd olduğum halda…” - VİDEO

Ayandan diqqətçəkən AÇIQLAMA: “Kürd olduğum halda…” - VİDEO

Kişilərdə sonsuzluğuna səbəb olan İDMAN NÖVLƏRİ

Kişilərdə sonsuzluğuna səbəb olan İDMAN NÖVLƏRİ

ABŞ Yaxın Şərqdə əməliyyatları genişləndirir: Hazırlıqlar BAŞLADI- VİDEO

ABŞ Yaxın Şərqdə əməliyyatları genişləndirir: Hazırlıqlar BAŞLADI- VİDEO

ADNSU-da 832 şagirdin iştirakı ilə Respublika fənn olimpiadasının final mərhələsi keçirilir

ADNSU-da 832 şagirdin iştirakı ilə Respublika fənn olimpiadasının final mərhələsi keçirilir

Kiyevdə silahlı hücum zamanı ölənləri SAYI ARTDI

Kiyevdə silahlı hücum zamanı ölənləri SAYI ARTDI

Məşhur aktrisa vəfat etdi - FOTO

Məşhur aktrisa vəfat etdi - FOTO

Türkiyənin ordu generalı Liviyada hərbi təlimdə - FOTO

Türkiyənin ordu generalı Liviyada hərbi təlimdə - FOTO

End of content

No more pages to load

RADİO