Türkiyənin 16 vilayətində keçirilən “Bozdoğan-2” antiterror əməliyyatı çərçivəsində 120 nəfər saxlanılıb.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya məlumat verib.
Nazir bildirib ki, saxlanılan şəxslər Suriyada terrorçu qruplarla əlaqədə olmaqda, terrorizmi təbliğ etməkdə və qanunsuz küçə aksiyaları təşkil etməyə çağırışlarda şübhəli bilinirlər.
Bizim.Media