İraqın şimalındakı “Pəncə-Kilid” əməliyyatı bölgəsində terrorçularla silahlı qarşıdurmada Türkiyənin bir hərbçisi şəhid olub, digəri yaralanıb.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya məlumat verib.
“Millətimizə başsağlığı verirəm. “Pəncə Kilid” əməliyyatı bölgəsində şəhid olan Qəhrəman Türk Əsgərimiz, Saleh Ay'a Allah rəhmət diləyirəm. Onun dəyərli ailəsinə, Qəhrəman Ordumuza və Millətimizə başsağlığı verirəm.
Münaqişədə yaralanan qəhrəmanımızın tezliklə sağalmasını arzu edirəm.
Şəhidimizin rütbəsi uca olsun”, - deyə Yerlikaya qeyd edib.

Bizim.Media