ABŞ-ın dövlət katibi Antoni Blinken Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ukraynanın xarici işlər naziri Dmitro Kuleba ilə görüşüb.
Bizim.Media xəbər verir ki, bu barədə Blinken özünün "X" hesabında məlumat verib.
"ABŞ Ukraynanın müdafiəsi və gələcəyinə dair verdiyi vədinə sadiqdir. Bu gün Münxendə Dmitro Kuleba ilə ABŞ-ın bərpa səylərinə və azad və firavan Ukraynaya dəstəyi haqqında danışdıq", - deyə dövlət katibi qeyd edib.

Bizim.Media