Ukrayna üçün “ikinci Baxmut” UĞURSUZLUĞU – “Ölkə daxilində qarşıdurmalar başlaya bilər”

Ukrayna Ordusu Donbasdakı Avdeyevka şəhərini tərk etməyə məcbur olub. 

Belə ki, Ukrayna Silahlı Qüvvələrinin (AFU) Ali Baş Komandanı Aleksandr Sırski Ukrayna bölmələrinə Donetskdən (DXR) 25 kilometr aralıda yerləşən Avdeyevkadan çıxmağı əmr edib. 

Bu qərar Ukrayna Silahlı Qüvvələrinin bu nöqtədə yerləşən əsgərlərinin mühasirəyə alınması ilə əlaqədar qəbul edilib.

Qeyd edək ki, Avdeyevka strateji cəhətdən mühüm məntəqə hesab olunur. Uzun müddətdir ki, tərəflər bu məntəqəni nəzarətə götürmək üçün əllərindən gələni edirdilər. Lakin göründüyü kimi, mübarizədə Rusiya ordusu istəyinə çatdı. Buna görə də bəzi ekspertlər Avdeyevka uğursuzluğunu Baxmutdakı məğlubiyyətlə də müqayisə edirlər. 

Digər tərəfdən, nəzərə almalıyıq ki, Sırski ötən həftə Ukrayna Ordusunun Baş Komandanı təyin olunub. Yeni sərkərdənin ilk günlərdən belə bir strateji məğlubiyyətlə üzləşməsi isə heç şübhəsiz, ciddi nəticələr doğuracaq. 

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında hərbi ekspert Ramil Məmmədli bildirir ki, Avdeyevkanın itirilməsi Ukrayna hakimiyyətinə böyük zərbə vuracaq: 

“Strateji baxımdan Avdeyevkanın əhəmkiyyəti çox böyük olmasa da, Ukrayna cəmiyyəti və hərbi strukturunda bu şəhərin itirilməsi Baxmut kimi olduqca böyük zərbədir. Rusiyanın əsas məqsədi ələ keçirdiyi əraziləri tək hərbi nöqteyi-nəzərdən yox, həm də Ukrayna cəmiyyətinə dəyən böyük zərbə kimi dəyərləndirməkdir. Daha doğrusu, Rusiya Ukrayna cəbhəsində əldə olunan uğurlarla bu ölkənin Prezidenti Zelenskinin hakimiyyətinin laxlanmasına çalışır. 
Hesab edirəm ki, Avdeyevkanın itirilməsi Ukrayna hakimiyyəti üçün böyük zərbə olacaq. Məhz bu amil 2024-cü ildə Ukrayna siyasi hakimiyyətində də özünü göstərəcək. 

Məsələyə hərbi taktiki tərəfdən baxsaq, Avdeyevkanın əhəmiyyətli məntəqə olduğunu görərik. Rusiya bu il orduda şəxsi heyətin sayını artırmağa çalışır. Qeyri-rəsmi məlumatlara görə, 1,5 milyona yaxın canlı qüvvənin Ukrayna cəbhəsində yerləşdirilməsi  və onların hesabına Xerson, Odessa və Xarkov istiqamətlərində sürətli hərbi əməliyyatlar nəzərdə tutulub”. 

Bu əsasda da həmsöhbətimizin fikrincə, yaz kampaniyası Rusiya üçün daha uğurlu olacaq:

“Baxmut və Avdeyevkanın itirilməsi ondan xəbər verir ki, Ukrayna əlindəki ərazilərin müdafiəsini normal təmin edə bilməyib”.

R.Məmmədli qeyd edib ki, mövcud vəziyyət Ukrayna ordusu daxilində ciddi fikir ayrılığı yaradacaq:

“Avdeyevkanın itirilməsi rəsmi Kiyev üçün ciddi problemlərin başlanğıcı olacaq. Bu şəhər təkcə bir məntəqə olaraq deyil, həm də siyasi amil olaraq ölkə daxilində qarşıdurmaların baş qaldırmasına təkan verəcək”.

Rüfət Sultan, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu kəndə köçənlərə ev və iş verilir – İnanılmaz təklif

Bu kəndə köçənlərə ev və iş verilir – İnanılmaz təklif

CENTCOM İrandakı toy mərasiminə zərbə endirilməsi iddialarını araşdırır

CENTCOM İrandakı toy mərasiminə zərbə endirilməsi iddialarını araşdırır

Beynimizin nə qədərindən istifadə edirik? – Maraqlı açıqlama

Beynimizin nə qədərindən istifadə edirik? – Maraqlı açıqlama

İrana yenidən zərbə endirməyə hazırıq - Tramp

İrana yenidən zərbə endirməyə hazırıq - Tramp

Nepaldakı fəlakətin səbəbi açıqlandı: İqlim dəyişikliyi...

Nepaldakı fəlakətin səbəbi açıqlandı: İqlim dəyişikliyi...

Gecə işləyənlərin maaşına nə qədər əlavə ödənilməlidir?

Gecə işləyənlərin maaşına nə qədər əlavə ödənilməlidir?

Fanatından Nurana evlilik təklifi - VİDEO

Fanatından Nurana evlilik təklifi - VİDEO

AB-dən erməni konyakına qadağa - Səbəb?

AB-dən erməni konyakına qadağa - Səbəb?

Türkiyədə gəmi qəzasını işıqlandıran operator döyüldü - VİDEO

Türkiyədə gəmi qəzasını işıqlandıran operator döyüldü - VİDEO

Tələbələr üçün mənzil kirayəsinin qiyməti 50-100 manat BAHALAŞDI - VİDEO

Tələbələr üçün mənzil kirayəsinin qiyməti 50-100 manat BAHALAŞDI - VİDEO

Azərbaycan millisinin oyununun yeri dəyişdirildi

Azərbaycan millisinin oyununun yeri dəyişdirildi

Tramp: "Hollivud ölüb və biz onu dirçəltməliyik"

Tramp: "Hollivud ölüb və biz onu dirçəltməliyik"

ABŞ yüz minlərlə əcnəbini ölkədən çıxaracaq - Səbəb

ABŞ yüz minlərlə əcnəbini ölkədən çıxaracaq - Səbəb

Nepalda sel fəlakətində ölən və itkin düşənlərin SON STATİSTİKASI

Nepalda sel fəlakətində ölən və itkin düşənlərin SON STATİSTİKASI

Orqanizmi toksinlərdən sürətlə təmizləyən 5 MEYVƏ

Orqanizmi toksinlərdən sürətlə təmizləyən 5 MEYVƏ

20 yaşlı gəncin bir anlıq əsəbi həbslə nəticələndi

20 yaşlı gəncin bir anlıq əsəbi həbslə nəticələndi

4 BÜRC sentyabrda diqqətli olmalıdır

4 BÜRC sentyabrda diqqətli olmalıdır

Goranboyda avtomobillər toqquşdu: Xəsarət alanlar var

Goranboyda avtomobillər toqquşdu: Xəsarət alanlar var

Tramp: “Hörmüz boğazında 28 gəmini məhv etdik”

Tramp: “Hörmüz boğazında 28 gəmini məhv etdik”

Azərbaycanda bu futbol klubunun adı dəyişdirilir

Azərbaycanda bu futbol klubunun adı dəyişdirilir

Bakıda “cin çıxaran” qadın saxlanıldı - Cinayət işi açıldı

Bakıda “cin çıxaran” qadın saxlanıldı - Cinayət işi açıldı

Əməkdar artist Züleyxa Hacıyeva VƏFAT ETDİ

Əməkdar artist Züleyxa Hacıyeva VƏFAT ETDİ

SEPAH cavab zərbəsində çox sayda ABŞ əsgərinin məhv edildiyini AÇIQLADI

SEPAH cavab zərbəsində çox sayda ABŞ əsgərinin məhv edildiyini AÇIQLADI

Paytaxtın əsas girişində hərəkət dayanır – Xəbərdarlıq

Paytaxtın əsas girişində hərəkət dayanır – Xəbərdarlıq

End of content

No more pages to load

RADİO