Rusiyalı iş adamı Oleq Tinkov xarici agentlərin reyestrinə daxil edilib.
Bizim.Media xəbər verir ki, bununla bağlı Rusiya Ədliyyə Nazirliyi
məlumat yayıb.
Məlumata görə, buna səbəb Tinkovun Ukraynadakı müharibəyə qarşı çıxması olub.
Həmçinin iş adamı Rusiya dövlət orqanlarının qəbul etdiyi qərarlar və ölkə hökumətinin yeritdiyi siyasət haqqında yalan məlumatlar yaymaqda ittiham olunur.
Bizim.Media