“Regionun təbii qaz tədarükü Türkiyəsiz mümkün deyil”.
Bizim.Media xəbər verir ki, bunu Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto Ankarada türkiyəli həmkarı Hakan Fidanla birgə keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, Ankara bu məsələdə ölkənin ən etibarlı tərəfdaşlarındandır.
Qeyd edək ki, macar nazir Türkiyə – Macarıstan İqtisadi və Ticari Birgə Komitəsinin birinci iclasına qatılmaq üçün bu gün Türkiyəyə səfər edib.
Bizim.Media