Ukrayna savaşının Avropada yaratdığı BÖHRAN – Almaniyanı gözləyən BÖYÜK TƏHLÜKƏ

2020-ci ilin yazında pandemiyanın qızğın vaxtında ABŞ milyarderi Bill Qeyts bildirmişdi ki, COVİD-19 dünyanın geosiyasi mənzərəsini dəyişəcək, dünya düzəni yenidən formalaşacaq. Son dörd ildə baş verənlər göstərir ki, amerikalı milyarder fikirlərində çox haqlı imiş.

Bu gün çoxlarının qibtə ilə baxdığı və bəzi dövlətlərin can atdığı Avropa İttifaqı çətin günlər yaşayır. Pandemiya və ondan sonrakı Rusiya-Ukrayna müharibəsi Aİ-nin iqtisadi əsaslarını sarsıtdı.

Avropa Komissiyasının iqtisadi hesabatına əsasən 2023-cü ildə Almaniya da daxil olmaqla 10 Aİ ölkəsində iqtisadi tənəzzül qeydə alınıb. Xüsusilə, Almaniya iqtisadiyyatı ötən il 0,3% kiçilib. Ən əhəmiyyətli azalma Estoniyada olub - 2,6%. Bu ölkə tarixində antirekorddur.

Bundan başqa İrlandiyanın iqtisadiyyatı 0,9%, Macarıstanın 0,7%, Lüksemburqun 0,6%, Avstriyanın 0,5%, Çexiyanın 0,4%, Litvanın 0,4%, Latviyanın isə 0,2% azalıb. İsveç iqtisadiyyatının 0,5% geriləməsi də sürpriz olub.

Son illər Avropanın lider ölkəsi olan Almaniya üçün daha ağır keçir.

Ölkə iqtisadi suverenliyini sürətlə itirir və ABŞ-dan asılı vəziyyətə düşür. Nəzərə alaq ki, Almaniyanın büdcə kəsiri ötən il 10 dəfə - 4,5 milyard avrodan 42 milyard avroya qədər artıb. Vəziyyət hər keçən gün daha da pisləşir. Vaxtilə Avropanın lokomotivi olmuş dövlətdə hətta yoxsulluq səviyyəsində də artım qeydə alınıb. Bu isə artıq defolta yaxındır.

Avropa siyasətçilərinin populizmdə günahlandırdığı Şolz özü də problemləri etiraf etmək məcburiyyətində qalıb:

“Almaniya ixracdan asılı olduğu üçün zəifləyən qlobal iqtisadiyyatın ağır yükünü öz üzərində hiss edir".

Lakin almanlar bu etirafla da razılaşmırlar.

Çünki bilirlər ki, hər şey daha pisdir. Təsadüfi deyil ki, almanların 2/3-si hökumətin dəyişməsini istəyir. Nəzərə alaq ki, almanlar siyasətlə maraqlanmağı çoxdan dayandırıblar. Bəlkə də bu ona görədir ki, alman siyasətçiləri və iqtisadçıları da böhrandan çıxmaq üçün heç bir təklif irəli sürmürlər.

Təbii ki, bu vəziyyətdə yeganə qurban alman sənayesidir. Qeyd edək ki, istehsalın digər ölkələrə kütləvi axını 2023-cü il ərzində davam edib. Əksər şirkətlər potensialını ABŞ, Kanada və bəzi Asiya ölkələrinə keçiriblər. Almaniyanın özündə işləmək gəlirsiz, bəzən isə sadəcə qeyri-mümkün hala gəlib.

Real gəlirlər hər gün azalır.

Bu isə tələbin azalması deməkdir. Ən çox azalma sənaye istehsalındadır. Ona görə də Almaniyada təkcə media deyil, siyasətçilər də ölkədə sənayesizləşdirmənin başladığından danışırlar. Ekspertlər deyir ki, Rusiyadan nisbətən ucuz enerji resursları əldə etməklə problem qismən həll edilə bilərdi. Lakin sanksiyalar səbəbi ilə rəsmi Berlin üçün bu variant istisnadır.

Tək bir faktı qeyd edək ki, “Volkswagen” konserni 2021-ci ildə Rusiya filialından 517 milyard rubl məbləğində rekord gəlir əldə edib. İndi bu rəqəm sıfırdır. İstehsal tsiklinin pozulması və Rusiya bazarında investisiyaların itirilməsi səbəbindən Almaniya milyardlarla dollar itki ilə üzləşib.

Almaniyanı nə gözləyir?

Əminliklə deyə bilərik ki, yaxın gələcəkdə də almanları yaxşı heç nə gözləmir. Ona görə də almanlar bilmir ki, Aİ-dən çıxsınlar, yoxsa qalsınlar. Almaniyanın Bertelsmann Fondunun araşdırmasına görə, ölkə Aİ-ni tərk edərsə, 2030-cu ilə qədər İttifaqın ÜDM-i 0,3%, Almaniya ÜDM-i isə 0,5% azalacaq.  

Araşdırmada həmçinin xatırladılır ki, Böyük Britaniyanın Aİ-dən çıxması blokun ixracının 1,7%,  ixracın 3,2% azalmasına səbəb olub.

Bu minvalla Almaniya Aİ və vahid bazarı tərk edərsə, o, daha ciddi ticarət maneələri və blok daxilində işçi qüvvəsinin hərəkətliliyinin azalması ilə üzləşəcək.
Ekspertlər hesablayıblar ki, ölkə Aİ-dən çıxsa, onda Aİ büdcəsinin beşdə birini, Almaniya iqtisadiyyatı isə 227 milyard avro itirəcək. Almaniya Ukraynadakı müharibə və Rusiya qazının tədarükünün tamamilə kəsilməsi səbəbindən indiyə qədər 100 milyard avro itirib. Bu, ölkə ÜDM-nin 2,5%-i deməkdir.

Ekspertlər bildirir ki, Almaniya İttifaqda qalarsa, 2030-cu ilə qədər Aİ ÜDM-nin 0,9%-dən və Almaniya isə 1,9%-dən məhrum olacaq.

Bu isə o deməkdir ki, Almaniya iqtisadi labirintə girib. İstənilən istiqamətdəki hərəkət ölkəyə çox böyük ziyanlar gətirəcək. Bu isə Almaniyanın dünya iqtisadiyyatında ilk beşlikdən yox, hətta ilk onluqdan çıxması ilə nəticələnə bilər.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu kəndə köçənlərə ev və iş verilir – İnanılmaz təklif

Bu kəndə köçənlərə ev və iş verilir – İnanılmaz təklif

CENTCOM İrandakı toy mərasiminə zərbə endirilməsi iddialarını araşdırır

CENTCOM İrandakı toy mərasiminə zərbə endirilməsi iddialarını araşdırır

Beynimizin nə qədərindən istifadə edirik? – Maraqlı açıqlama

Beynimizin nə qədərindən istifadə edirik? – Maraqlı açıqlama

İrana yenidən zərbə endirməyə hazırıq - Tramp

İrana yenidən zərbə endirməyə hazırıq - Tramp

Nepaldakı fəlakətin səbəbi açıqlandı: İqlim dəyişikliyi...

Nepaldakı fəlakətin səbəbi açıqlandı: İqlim dəyişikliyi...

Gecə işləyənlərin maaşına nə qədər əlavə ödənilməlidir?

Gecə işləyənlərin maaşına nə qədər əlavə ödənilməlidir?

Fanatından Nurana evlilik təklifi - VİDEO

Fanatından Nurana evlilik təklifi - VİDEO

AB-dən erməni konyakına qadağa - Səbəb?

AB-dən erməni konyakına qadağa - Səbəb?

Türkiyədə gəmi qəzasını işıqlandıran operator döyüldü - VİDEO

Türkiyədə gəmi qəzasını işıqlandıran operator döyüldü - VİDEO

Tələbələr üçün mənzil kirayəsinin qiyməti 50-100 manat BAHALAŞDI - VİDEO

Tələbələr üçün mənzil kirayəsinin qiyməti 50-100 manat BAHALAŞDI - VİDEO

Azərbaycan millisinin oyununun yeri dəyişdirildi

Azərbaycan millisinin oyununun yeri dəyişdirildi

Tramp: "Hollivud ölüb və biz onu dirçəltməliyik"

Tramp: "Hollivud ölüb və biz onu dirçəltməliyik"

ABŞ yüz minlərlə əcnəbini ölkədən çıxaracaq - Səbəb

ABŞ yüz minlərlə əcnəbini ölkədən çıxaracaq - Səbəb

Nepalda sel fəlakətində ölən və itkin düşənlərin SON STATİSTİKASI

Nepalda sel fəlakətində ölən və itkin düşənlərin SON STATİSTİKASI

Orqanizmi toksinlərdən sürətlə təmizləyən 5 MEYVƏ

Orqanizmi toksinlərdən sürətlə təmizləyən 5 MEYVƏ

20 yaşlı gəncin bir anlıq əsəbi həbslə nəticələndi

20 yaşlı gəncin bir anlıq əsəbi həbslə nəticələndi

4 BÜRC sentyabrda diqqətli olmalıdır

4 BÜRC sentyabrda diqqətli olmalıdır

Goranboyda avtomobillər toqquşdu: Xəsarət alanlar var

Goranboyda avtomobillər toqquşdu: Xəsarət alanlar var

Tramp: “Hörmüz boğazında 28 gəmini məhv etdik”

Tramp: “Hörmüz boğazında 28 gəmini məhv etdik”

Azərbaycanda bu futbol klubunun adı dəyişdirilir

Azərbaycanda bu futbol klubunun adı dəyişdirilir

Bakıda “cin çıxaran” qadın saxlanıldı - Cinayət işi açıldı

Bakıda “cin çıxaran” qadın saxlanıldı - Cinayət işi açıldı

Əməkdar artist Züleyxa Hacıyeva VƏFAT ETDİ

Əməkdar artist Züleyxa Hacıyeva VƏFAT ETDİ

SEPAH cavab zərbəsində çox sayda ABŞ əsgərinin məhv edildiyini AÇIQLADI

SEPAH cavab zərbəsində çox sayda ABŞ əsgərinin məhv edildiyini AÇIQLADI

Paytaxtın əsas girişində hərəkət dayanır – Xəbərdarlıq

Paytaxtın əsas girişində hərəkət dayanır – Xəbərdarlıq

End of content

No more pages to load

RADİO