Rusiyanın “AvtoVAZ” avtomobil istehsalçısı Azərbaycanda “Lada” maşınlarının yığılmasının təşkili ilə bağlı danışıqlar aparır.
Bizim.Media xəbər verir ki, bu barədə şirkətin prezidenti Maksim Sokolov jurnalistlərə açıqlamasında məlumat verib.
O bildirib ki, “AvtoVAZ”ın nümayəndə heyəti bu günlərdə Azərbaycana səfər edib:
“Nümayəndə heyəti gələcək tərəfdaşlarımızın istehsal müəssisələrinə baxacaq. Ümid edirəm ki, bu ilin yazında müsbət xəbərlər alacağıq”.
Bizim.Media