Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto Türkiyəyə səfər edəcək.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb.
Məlumata görə, Siyartonun səfəri fevralın 15-də baş tutacaq. O, Türkiyə – Macarıstan İqtisadi və Ticari Birgə Komitəsinin birinci iclasına qatılacaq.
Diplomatın türkiyəli həmkarı Hakan Fidanla görüşü də planlaşdırılıb. Görüşdə Türkiyə ilə Macarıstan arasında gücləndirilmiş strateji tərəfdaşlıq çərçivəsində ikitərəfli münasibətlərin müzakirəsi nəzərdə tutulur.
Bizim.Media