“İsrail Qəzza zolağında tam qələbə əldə edənədək döyüşəcək”.
Bizim.Media xəbər verir ki, bunu ölkənin baş naziri Benyamin Netanyahu bildirib.
O bildirib ki, İsrail ordusu Rəfaha da göndəriləcək:
"Biz tam qələbəyə qədər döyüşəcəyik və mülki şəxslərin döyüş bölgələrini tərk etməsinə şərait yaratdıqdan sonra Rəfahda da hərbi əməliyyatlar həyata keçirəcəyik”.
Netanyahu həmçinin qeyd edib ki, qalan israilli girovların azad edilməsinin açarı hərbi əməliyyat və “sərt diplomatiya” olmalıdır.
Bizim.Media