Paris Apellyasiya Məhkəməsi Fransanın sabiq prezidenti Nikola Sarkozini 2012-ci il seçki kampaniyasının maliyyələşdirilməsi ilə bağlı iş üzrə 6 ay həbs cəzasına məhkum edib.
Bizim.Media ölkə mətbuatına istinadən xəbər verir ki, məhkəmə sabiq prezidentə, daha altı ay da şərti həbs cəzası kəsib.
Qeyd edək ki, Nikola Sarkozi 2012-ci il prezident seçkisi kampaniyasını maliyyələşdirmək üçün icazə verilən maddi həddi aşmaqda ittiham olunub.
Belə ki, 18 milyon avro təşkil edən kampaniyaya 22,5 milyon avro xərclənib.
Bizim.Media