“Rusiyanın Ukraynaya növbəti genişmiqyaslı hücumu martda Rusiyada keçiriləcək prezident seçkilərində Vladimir Putinin qalib gələcəyi təqdirdə başlaya bilər”.
Bizim.Media xəbər verir ki, bunu bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrell bildirib.
Bununla əlaqədar Borrell Ukraynaya dəstəyi “təcili olaraq gücləndirməyə” çağırıb:
“Aİ və onun üzv dövlətlərinin Ukraynanı Rusiyanın hücumuna qarşı silahla təmin etmək üçün qarşıdakı aylarda görəcəyi işlər həm Ukrayna, həm də Avropa İttifaqının təhlükəsizliyi üçün həlledici olacaq”.
Bizim.Media