“Ukrayna 2024-cü ilin ikinci yarısına qədər NATO-ya dəvət almayacaq”.
Bizim.Media xəbər verir ki, bunu ABŞ-ın NATO-dakı nümayəndəsi Culian Smit bildirib.
“Bu yay keçiriləcək NATO sammitinə gəlincə, mən Alyansın hazırkı mərhələdə Ukraynaya dəvət göndərəcəyini gözləmirəm”, - deyə nümayəndə deyib.
Qeyd edək ki, alyansın növbəti sammitinin bu ilin iyulunda Vaşinqtonda keçirilməsi planlaşdırılır.
Bizim.Media