Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Konqresinin Ankaraya F-16 qırıcılarının satışı ilə bağlı razılaşmanın qəbul olunduğunu təsdiqləyib.
Bizim.Media xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonrakı açıqlamasında məlumat verib.
"F-16 ilə bağlı müraciətimizin ABŞ-ın müsbət qərarı ilə nəticələnməsinə şadıq. Məhdudiyyətlər aradan qaldırıldıqdan sonra Türkiyənin müdafiə sənayesi daha intensiv inkişaf edəcək", - deyə Ərdoğan bildirib.
Qeyd edək ki, ABŞ-ın Ankaradakı səfiri Jeffrey Fleyk Türkiyənin 40 yeni və 79 təkmilləşdirilmiş F-16 təyyarəsi almasını Konqresin təsdiqlədiyini açıqlayıb.
Bizim.Media