Avropa ölkələri Donald Trampın təsvir etdiyi ssenariyə hazırlaşmalıdırlar, belə ki, artıq Birləşmiş Ştatlar alyansa haqqını ödəməmiş NATO müttəfiqlərinə kömək etməyəcək.
Bizim.Media xəbər verir ki, bunu Fransa xarici işlər naziri Stefan Sejournet bildirib.
Nazir əlavə edib ki, Avropa İttifaqı öz müdafiəsini təmin etmək üçün “üçüncü ölkələrdəki seçkilərin nəticələrindən asılı olmamalıdır”.
Bunun fonunda o, Aİ ölkələrini şəxsi müdafiə sənayesini yaratmağa, hərbi sənaye çərçivəsində Avropa səviyyəsində silahlar almağa və həmçinin “mümkün münaqişəyə hazırlaşmağa” çağırıb.
Bizim.Media