Rusiyanın Xarici İşlər Nazirliyi yüksəkvəzifəli britaniyalı hərbçi, məmur və bir neçə universitetin əməkdaşlarına sanksiya tətbiq edib.
Bizim.Media xəbər verir ki, bu barədə məlumatı Rusiya XİN yayıb.
Sanksiya sıyahısına ümumilikdə 18 nəfər daxil edilib və onların Rusiyaya girişinə qadağa qoyulub.
Sözügedən şəxslər arasında Britaniyanın müdafiə nazirinin müavini Ceyms Kartlic, Sualtı qüvvələrin komandanı Saymon Askvit, Britaniyanın baş nazirinin milli təhlükəsizlik üzrə müşavirinin müavini Sara Makintoş da var.
Bizim.Media