Avropa Parlamentinə qarşıdan gələn seçkilərdə hakim "FİDES - Macarıstan Vətəndaş Birliyi" partiyasının siyahısına başçılıq edən, əvvəllər Macarıstanın ədliyyə naziri olan Judit Varqa siyasətdən getdiyini açıqlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə o, Facebook-da yazıb.
Paylaşımında siyasətçi Macarıstan prezidenti Katalin Novakın pedofiliya cinayətində iştirak edən şəxsi əfv etmək qərarının hazırlanmasında cavabdeh olduğunu izah edib.
“Mən parlament üzvündən və Avropa Parlamentinə seçkilərdə siyahının lideri kimi mandatımdan imtina edərək, ictimai həyatı tərk edirəm”, – deyə o bildirib.
Bizim.Media