Ötən gün kosmosdan Yerə enən Türkiyənin ilk astronavtı Alper Gezeravcı ölkə başçısı Rəcəb Tayyib Ərdoğanla telefonla danışıb.
Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, Gezeravcı Ərdoğana gördüyü işlə bağlı məlumat verib:
“Vəzifəmizi uğurlarla yerinə yetirdik. Ölkəmizə və gələcək nəsillərimizə belə bir ruhlandırıcı vəzifə verdiyiniz üçün sizə çox təşəkkür edirəm”.
Ərdoğan isə Gezeravcıya tapşırığı uğurla yerinə yetirdiyinə görə təşəkkür edib:
“İnşallah Ankaraya gəldiyiniz zaman şəxsən görüşüb və bütün bu prosesi bizə ətraflı izah etsəniz çox məmnun olarıq. Sonra çox mühüm vəzifələr olacaq”.
Prezident Ərdoğan Gezeravcının ailəsinə salamlarını çatdıraraq, "İnşallah Türkiyəyə dönəndə görüşəcəyik" dedi.
Astronavt sonda Türkiyənin Beynəlxalq Kosmos Stansiyasına çatan 22-ci ölkə olmasına verdiyi töhfəyə görə prezident Ərdoğana təşəkkür edib.